Ukrayna Rusiyanın qırıcısını vurub: "Bu gecə daha 41 PUA-sını məhv etdik" - Zelenskidən açıqlama

img

06-12-2023 [10:57]


"Bu gecə Rusiyanın 41 PUA-sını məhv etdik və dünən isə Su-24M təyyarəsini vurduq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığın məlumat yayıb.

Bildirilib ki, Ukrayna bu gecə Rusiyanın 41 “Şahed” tipli pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk sosial media hesabındakı paylaşımında qeyd edib ki, Odessa vilayətinin cənubuna raket və bombalı hücum təşkil etməyə çalışan Rusiyaya məxsus Su-24M təyyarəsi İlan adası yaxınlığında vurulub.

Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında verdiyi açıqlamada Rusiya təyyarəsinin vurulmasına görə hava hücumundan müdafiə qüvvələrinə təşəkkür edib: "Təyyarə Odessa bölgəsini bombalamaq niyyətində idi. Biz hava hücumundan müdafiə sistemimizi yavaş-yavaş, lakin nəzərəçarpacaq dərəcədə gücləndiririk. Bu missiyaya kömək edən hər kəsə təşəkkür edirəm".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq