Qəzza zolağına bomba yağdırır, xeyli ölən və yaralı var -  35 səhiyyə işçisi isə saxlanılıb

img

06-12-2023 [09:57]


Qəzza zolağına hücumlar gecə boyu davam edib, çoxlu sayda ölən və yaralananlar var.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA son məlumatları yayıb.

Agentliyin xəbərinə görə, İsrail ordusunun ötən gecə Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində iki evi bombalayıb: 

"Nəticəsində 6 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb. Bununla yanaşı, Xan Yunus şəhərində bir evi bombalaması nəticəsində 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.  İsrail ordusu Qəzza şəhərinin əl-Tuffah, əl-Dərəc və əl-Şücayyə məhəllələrini, eyni zamanda, əl-Fuhari, Huzaa və Absan bölgələrini də top atəşinə tutub. Cibaliya Qaçqınlar Düşərgəsinin mərkəzinə fosfor bombaları ilə güclü zərbə endirilib. Bu bölgələrdəki ölü və yaralı sayını hələlik dəqiqləşdirmək mümkün olmayıb".

Məlumatda o da deyilir ki, İsrail qüvvələri Qəzza zolağında həkimlər və təcili yardım işçiləri də daxil olmaqla, daha 35 səhiyyə işçisini həbs edib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 10.10.2024

Sabah yağış yağacaq