İspan kəşfiyyatının iki əməkdaşı tutulub - ABŞ-a casusluq ittihamı ilə

img

05-12-2023 [09:40]


İspan kəşfiyyatının iki əməkdaşı casusluqda ittihamı ilə həbs olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan məlumatı İspaniyanın müdafiə naziri Marqarita Robles  təsdiqləyib.

O, İspaniya Milli Kəşfiyyat Mərkəzinin (CNI) iki əməkdaşının gizli sənədləri ABŞ-a ötürdüyünü deyib.

Bu barədə Latviyadakı NATO bazasını ziyarət edən Robles İspaniya yerli mətbuata açıqlamasında danışıb: "Bəli, bu fakt doğrudur. Hazırda istintaq gedir".

Nazir hansı məlumatların ABŞ-a ötürülməsi barədə sualı isə cavabsız qoyub.

Ədliyyə naziri Feliks Bolanos isə iki əməkdaşın Madriddəki məhkəmədə istintaq edildiyini deyib. Onun sözlərinə görə, bu məsələ hərtərəfli araşdırılır.

İspaniyanın “El Confidencial” qəzeti bu həbsin ABŞ-la münasibətləri korlayacağını iddia edib: "Məsələ budur ki, ABŞ-a ötürülən sənədlər son dərəcə məxfi materiallar olub...".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq