SOCAR ABŞ şirkəti ilə yeni müqavilə imzaladı - FOTO

img

04-12-2023 [19:09]


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın “Boston Consulting Group” (BCG) şirkəti arasında Əməkdaşlıq proqramının icrası ilə bağlı müqavilə imzalanıb.

Mia.az SOCAR-a istinadla xəbər verir ki, bu müqavilə SOCAR-ın prezidenti Rövşən Nəcəfin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP-28) iştirakı çərçivəsində imzalanıb.

"SOCAR prezidentinin BCG-nin qlobal sədri Riç Lesser ilə görüşündə şirkətlər arasında iqlim dəyişmələri, emissiya həcmlərinin qiymətləndirilməsi istiqamətlərində birgə layihələrin uğurla həyata keçirildiyi vurğulanıb, enerji keçidi, dekarbonizasiya və rəqəmsallaşma sahələrində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib", - məlumatda deyilir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq