Harris Mahmud Abbasla danışdı: "Qəzza yenidən Fələstin administrasiyasının tabeliyində olacaq"

img

04-12-2023 [15:23]


ABŞ vitse-prezidenti Kəmalə Harris Fələstin dövlət başçısı Mahmud Abbasla telefon danışığı aparıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.

Bildirilib ki, telefon danışığında ABŞ-ın Fələstin xalqına, onun təhlükəsizliyinə, ləyaqətinə və iradəsinə dəstəyini ifadə edən Harris böhanın həll yolunun "iki dövlətli həll" olduğunu vurğulayıb.

Abbasla İordan çayının qərb sahilindəki vəziyyəti də müzakirə edən Harris bölgədə gərginliyi artıracaq addımlar, o cümlədən sivil yəhudilərin fələstinli mülki insanlara hücumlarından narahatlıqlarını ifadə edib.

Harris savaş  bitəndən sonra Qəzzanın yenidən Fələstin administrasiyasının tabeliyində olacağını deyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq