"Beşiktaş" azarkeşləri "Fənərbağça"nın oyunçusunu vurdu: "Gözündə görmə problemi yaranıb"

img

04-12-2023 [11:36]


"Fənərbağça Beko" klubu "Beşiktaş Emlakjet" matçında tribunada yaşanan xoşagəlməz insidentlərlə bağlı bəyanat yayıb.

Mia.az Türkiyə mətbuata istiandla xəbər verir ki, bəyanatda baş verənlər kəskiin pislənilib və oyunçularına atılan əşyalar oyunçu Yam Madarda qismən görmə problemi yaratdığı açıqlanıb.

Klub bu cür xoşagəlməz mühit yaradan rəqib klub rəhbərliyini qınamaqla yanaşı, günahkarların dərhal tapılaraq cəzalandırılmasını tələb edib:

"Yad cismin dəydiyi Yam Madar hazırda qismən görmə problemi yaşayır. Onun durumuna növbəti müayinələrdən sonra aydınlıq gələcək. Oyunçumuz Yam Madarın tezliklə sağalmasını arzu edirik. Bununla bərabər, basketbol matçında baş verən hadisələrdə rolu olanların, tribunadan saysız-hesabsız əşyalar atanları, meydanda olan bütün insanların sağlamlığını təhlükə altına alan mühit yaradanların məsuliyyətə cəlb olunmalaırnıt ələb edirik".

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR