Lavrov "vəziyyət çox ciddidir" dedi və..." - "Blinken və Borel buradan qaçdı, onlar qorxaqdır, ancaq mən buradayam!"

img

01-12-2023 [18:11]


"Qəzzada vəziyyət çox ciddi hal alıb".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Şimali Makedoniyada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 30-cu iclası ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Sergey Lavrov Qəzzadakı savaşın yenidən başlamasına toxunaraq bildirib ki, bölgədə ölə mülki əhalinin statistikası dəhşət doğurur: "BMT-nin açıqladığı məlumatlar dəhşətlidir. Ölən uşaqların sayı 6 mini, qadınların sayı 4 mindən çoxdur. Bunlar dəhşətdir. Orada atəşkəs olmalı, bütün problemlər dialoq yolu ilə həllini tapmalıdır".

Rusiya XİN başçısı rəsmi Moskvanın bölgədə "ikidövlətli həll" variantını dəstəklədiyini təkrarlayıb: "Müstəql Fələstin dövləti artıq elan olunmalıdr...".

ABŞ dövlət katibi Antoni Blinkenin ötən gün İsraildəki görüşləri və ABŞ-ın İsrailə dəstəyi ilə bağlı sualı cavablandıran Lavrov bildirib ki, oktyabrın 7-də HƏMAS-ln İsrailə qarşı terror aktını qətiyyətlə pisləyiblər: "Bununla belə, biz beynəlxalq hüququn kobud şəkildə pozulması ilə müşaiyət olunan formada İsrailin oktyabrın 7-dən sonrakı hücumlarını da normal qəbu etmirik. İsrailin təhlükəsizlik qorxusunu anlayırıq. Bu, təmin edilməlidir. Ancaq bunun birdəfəlik təminatı BMT-nin Fələstin dövlətinin yaradılması ilə bağlı qərarlarının yerinə yetirilməsindən keçir...".

Bəzi Qərb ölkələrindən nazirlərin ATƏT-in toplantısına qatılmamaması və Blinkenin görüşdən əvvəl qeyri-rəsmi şam yeməyinə qatıldıqdan sonra Skopyeni tərk etdiyini xatırladan Lavrov ameriaklı həmkarına "ilişməyi" də unutmayıb: "Həmkarım Blinken buradan qaçdı, ancaq mən heç yerə qaçmadım. Blinken və Borrell (Avropa İttifaqının ali nümayəndəsi - Mia.az) də buradan qaçaraq getdilər. Bu, niyə baş verir?! Yəqin bununla Rusiyanı təcrid edə biləcəklərini düşünürlər. Məncə, onlar qorxaqdır. Həm də gerçəkləri eşitməkdən çəkinir, dürüst danışmaqdan qorxurlar".

Qərb ölkələrinin ATƏT-i dağıtmaq siyasəti yürütdüyünü ifadə edən Lavrov əlavə edib ki, qərbli həmkarları ATƏT-i dağıtmaq istəyirlər: "Onların bu istiqamətdə apardıqları uğursuz siyasətdən dərs almadıqlarını gördük. Təşkilatı qətiyyətlə məhv etməyə çalışırlar. 95 faiz Qərbli həmkarlarının dünənki çıxışları da buna yönəlib. Sadəcə bir neçə nəfər ATƏT-in əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyi təmin etmək üçün yaradıldığını xatırladıb. Biz ATƏT-də yaradılan hər şeyin tamamilə pozulduğunu görürük". 

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:14 22.04.2024

Sabah yağış yağacaq