Avropa Liqası: "Qarabağ" son dəqiqədə məğlubiyyətdən qurtuldu

img

01-12-2023 [09:01]


Bu gün Avropa Liqasının qrup mərhələsində "Qarabağ" səfərdə Norveçin "Mölde" komandası ilə "döyüşüb".

Mia.az xəbər verir ki, oyunda hesabı 12-ci dəqiqədə "Qarabağ" açıb.

Ev sahibi komandasnın müdafiəçisi Kristian Eriksen 82 və 87-ci dəqiqələrdə atdığı iki qolla hesabı dəyişib.

Lakin 90+5-də  “Qarabağ” bərabərik qolunu vurub - 2:2.

Oyun bu hesabla başa çatıb.

Bununla da xalını 7-yə yüksəldən “Qarabağ” ikinci pillədəki yerini qoruyaraq  Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib. "Qarabağ” dekabrın 14-də qrupdakı son oyununu Bakıda İsveç klubu “Hekken”ə qarşı keçirəcək.

Onu da xatırladaq ki, qrupun digər oyununda “Bayer” səfərdə İsveçin “Hekken” komandasını udub - 2:0.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq