İordan çayının qərb sahilində 25 yaşlı fələstinli güllələnib

img

01-12-2023 [00:31]


İordan çayının qərb sahilində daha bir fələstinlini öldürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi ola WAFA məlumat yayıb.

Məlumata görə, İsrail əsgərləri Şimali Aqvar bölgəsi yaxınlığında 25 yaşlı fələstinli Kərim Xalid Muhammed Beni Avdeyə atəş açıb: "Atəş nəticəsində  ağır yaralı olan gənci xəstəxanaya çatdırmaq üçün Fələstin Qızıl Aypara Cəmiyyətinə məlumat verilib. Lakin cəmiyyət üzvlərinə yaralını hadisə yerindən vaxtında götürməyə imkan verməyiblər. Beləliklə, Tubasın Tamun qəsəbəsinin sakini olan Kərim Xalid Muhammed Beni Avdenin həyatını itirib".

Xəbərdə deyilir ki, oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə həlak olan fələstinlilərin sayı 248-ə yüksəlib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq