CHP lideri Akşenerlə görüşüb - Yeni ittifaq yaranır? (FOTOLAR) - YENİLƏNİB

img

30-11-2023 [13:00]


2024-cü ilin mart ayında keçiriləcək bələdiyyə seçkiləri indidən Türkiyədə siyasi aktivlik yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu kontekstdə prezident seçkilərindən sonra aralarında sərinlik yaranan CHP ilə İYİ partiya yenidən bir-birlərinə yaxınlaşmağa başlayıblar.

Məlumata görə, bu gün CHP-nin yeni lideri Özgür Özəl "İttifaqa qapalıyıq" deyə son aylar CHP-ni "topa tutan" İYİ Partiya sədri Meral Akşenerlə az əvvəl ikincinin qərargahında görüşüb. 

İddiaya görə, görüşdə iki liderin yerli seçkilərlə bağlı birgə fəaliyyəti müzakirə olunacaq.

***

Mia.az-ın məlumatına görə, görüşdən sonra jurnalistlərə açıqlama verən hər iki partiya lideri bildirib ki, 31 mart 2024-cü ildə keçirləcək bələdiyyə seçkiləri ilə bağlı müzakirə aparılıb.

Akşener deyib ki, CHP lideri ona bəzi şəhərlərdə əməkdaşlıq imkanlarının mümkünlüyü barədə sual edib: "Biz də bu məsələni birinci günü partiyanın rəhbər heyəti ilə müzakirə edib, fikrimizi açıqlayacağıq".

Özgür Özəl isə səmimi qəbula görə həmkarına təşəkkür edib.

Samir Musayev

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:14 22.04.2024

Sabah yağış yağacaq