Botanika İnstitutunda biokimyəvi laboratoriya qurulub

img

30-11-2023 [12:29]


Botanika İnstitutunun Kürdəmir rayonunun ərazisində yerləşən Karrar Təcrübə Dayaq məntəqəsinin inzibati binasında Eksperimental botanika şöbəsinin “Biokimyəvi” laboratoriyası qurulub.

Mia.az xəbər verir ki, institutun baş direktoru, professor Səyyarə İbadullayevanın rəhbərliyi və Eksperimental botanika şöbəsinin müdiri b.ü.f.d, dosent Ələddin Qədimovun təşkilatçılığı ilə yaradılan laboratoriya Karrar Təcrübə-Dayaq məntəqəsində aparılan elmi tədqiqat işlərinin səmərəliliyinin artırılmasna, aqrokimyəvi, biokimyəvi və fizioloji analizlərin aparılımasına  xidmət edəcəkdir.

Laboratoriya, sorucu şkaf; torpaq, bitki, göbələk, bakteriya materiallarının və reaktivlərin saxlanılması üçün soyuducular; vakkum termostatı; su hamamı; qarışdırıcı; mikroqarışdırıcı; elektrik maqnitli qarışdırıcı; analitik və elektron tərəzilər; pH-metr; sentrifuqa; quruducu şkaf; fizioloji və biokimyəvi analizləri aparmaq üçün müxtəlif təyinatlı laboratoriya qabları və densimetrlər; laborator təyinatlı stollar və stullarla təchiz olunub.

Laboratoriyada torpağın turşuluq-qələvilik (pH) göstəriciləri, elektrik keçiriciliyi (EK), bitkilərin morfoloji parametrlərinin təyinatı və digər analizlər üçün tam şərait yaradılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 10.10.2024

Sabah yağış yağacaq