"Fənərbağça" "Nordsjaelland" oyunu üçün Danimarkaya yollanıb

img

30-11-2023 [09:03]


UEFA Avropa Konfrans Liqası H qrupunun beşinci matçında bu gün Danimarka təmsilçisi "Nordsjaelland"la qarşılaşacaq "Fənərbağça" Danimarkaya gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kopenhagen hava limanına eniş edən türk komandasını xeyli azarkeş qarşılayıb.

Məlumata görə, sıx təhlükəsizlik tədbirləri altında hava limanını tərk edən azarkeşlər onları gözləyən avtobusa minib.

"Fənərbağça" komandası daha sonra düşərgə quracaqları otelə köçüb.

Oyun bu gün Bakı vaxtilə saat 21.30-da "Right to Dreams Park"da keçiriləcək.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq