UEFA Gənclər Liqası: "Qəbələ" vidalaşdı

img

29-11-2023 [22:35]


"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Məlumata görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv turnirin II mərhələsində Yunanıstanda "Olimpiakos"un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 4:0. Qəbələdə gerçəkləşən ilk matçda rəqibinə 0:3 hesabı ilə məğlub olan "qırmızı-qaralar" mübarizəni dayandırıb.

Qeyd edək ki, “Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib – 1:1, 1:0.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq