"Mançester Yunayted"in oyunçusu: "Əgər Zahaya qarşı oynayırsansa..."

img

29-11-2023 [11:58]


"Mançester Yunayted"in sağ cinah müdafiəçisi Aaron Van-Bissaka "Qalatasaray" matçından əvvəl açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Qalatasaray"la oyunda əsas diqqətini ilk oyunda bərabərlik qolunu vuran Vilfrid Zahada olacağını gizlətməyib.

Keçmiş komanda yoldaşı Zaha haqqında danışan Bissaka deyib: "Açığı, püşkatmanı o vaxt görəndə, ilk onu düşündüm. Onunla qarşı-qarşıya oynamaq da xoşdur. Zaha peşəkar və təhlükəli oyunçudur. Bilirsiniz, mən onunla "Kristal Palas"da oynamışam. Ona böyük hörmətim vari. Onunla hələ də əlaqə saxlayırıq. Əgər ona qarşı oynayırsansa, mütləq hazırlığın ön planda olmaldıır"

Xatırladaq ki, “Qalatasaray” - “Mançester Yunayted” oyunu bu gün saat 21:45-də İstanbulda olacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq