Çempionlar Liqası: “Mançester Yunayted” İstanbula böyük itkilərlə gəlir

img

28-11-2023 [09:52]


Çempionlar Liqasında "Mançester Yunayted" "Qalatasaray"la oyuna ciddi itkilərlə çıxacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ingilis komandası İstanbula 7 əsas oyunçusu olmadan gəlir.

"Mançester Yunayted" klubundan verilən məlumata görə, Meyson Maunt, Lisandro Martinez, Tyrell Malasia, Conny Evans, Christian Eriksen və Casemironun zədələri səbəbilə, Markus Rashfordun isə ötən oyunda aldığı qırmızı vərəqəyə görə "Qalatasaray"la oyunda forma geyinə bilməyəcəklər.

Xəbərdə deyilir ki, zədə səbəbindən bir müddət meydanlardan uzaq olan hücumçu Rasmus Höjlundun isə heyətdə olacağı gözlənilir. 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq