İsrail İordan çayının qərb sahilində daha 260 fələstinlini həbs edib

img

27-11-2023 [20:31]


İsrailin HƏMAS ilə əsir mübadiləsi razılaşması davam edərkən işğal altındakı İordan çayının qərb sahilində daha 260 fələstinli həbs olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinli Əsirlər Dərnəyinin mətbuat katibi Emani Serahine açıqlama verib.

Onun sözlərinə görə, bu gün İsrail qüvvələri bölgədə növbəti həbs əməliyyatları keçiriblər: "Son 4 gündə, yəni, atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra da İsrail dayanmadı. 4 gündə 260 fələstinlini həbs ediblər. Bununla da 7 oktyabrdan bu yana saxlanılan fələstinlilərn sayı 3260 nəfərə çatıb".

Mətbuat katibi deyir ki, saxlanılanlar adətən İsrail kəşfiyyatçıları tərəfindən dindirilir: "Bəziləri bir neçə saat ərzində sərbəst buraxılır, bəziləri isə məhkəməyə çıxarılmadan birbaşa inzibati həbsə göndərilirlər".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq