Livanın baş naziri: "Biz İsraillə müharibə istəmirik, çünki..."

img

27-11-2023 [09:19]


"Biz ölkənin cənubunda İsraillə müharibə istəmirik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Livanın Baş nazir Nəcib Mikati "TRT Ərəb" kanalına açıqlamasında deyib.

O, İsrailin Qəzza zolağına amansız hücum etdiyini xatırladaraq bildirib ki, oradakı qətliama beynəlxalq aləmin səssizliyi qəbulolunmazıdır: "Bizimlə, yəni Livanla İsrail sərhədində vəziyyət bəllidir. Lakin İsrailin bizə hücum etməyəcəyinə hər hansı bir zəmanət yoxdur. Əlbəttə, biz müharibə istəmirik,  bölgədə sülhə can atırıq, amma kimsənin də Livan torpaqlarına hücum etməsini istəmirik".

Fələstin davasını sona qədər dəstəklədiklərini, lakin Livanı qanlı müharibələrdən qorumağa çalışdıqlarını ifadə edən Baş nazir qeyd edib ki, beynəlxalq aləm Qəzzadakı fələstinlilərə qarşı qırğın və sürgün planını dayandırmaq üçün hərəkətə keçməlidir.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında sərhəddə baş verən qarşıdurmalarda 85 Hizbullah üzvü ölüb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq