Fransanın hədəfi: Zəngəzurda müharibə başlasın, sonra isə… – Bayraq həmləsi
25-11-2023 [14:49]
Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirildi. Milli KANAK Azadlığı Cəbhəsi tərəfindən təşkil edilən aksiyaya 10 minədək etirazçı qatılıb.
Etiraz aksiyasında cəmi üç bayraq qaldırılıb ki, bunlardan biri də Azərbaycan bayrağıdır. Aksiya iştirakçıları Azərbaycan bayrağını ön cərgədə daşıyıb, tribunaya sancıblar.
Prinsip etibarilə aksiya iştirakçılarının Azərbaycan bayrağını ön cərgədə daşıyıb, tribunaya sancması təsadüfi deyil. Rəsmi Bakı Fransadan fərqli olaraq irqçi, islamofob, antisemit və neokolonialist ölkə deyil. Hətta bu neqativ baxışlara qarşı çıxır, mübarizə aparır.
Azərbaycan Fransadan fərqli olaraq separatizmə deyil, xalqların öz müqəddəratını təyinetmə prinsipini dəstəkləyir. Belə ki, rəsmi Paris vaxtilə həm keçmiş qondarma rejimə, həm də hazırda Bakıda həbsdə olan “lider” Araik Arutyunyana dövlət kanalında platforma tanıyıb, separatizmə dövlət səviyyəsində açıq dəstək verirdi. Halbuki Fransa özü başda Yeni Kaledoniya və Korsika olmaqla müstəmləkələrində xalqların öz müqəddəratını təyin etməsinə izin vermir, əksinə qanunsuz şəkildə referendumlara müdaxilə edirdi.
Azərbaycan isə Fransadan fərqli olaraq 2023-cü il iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısında Martinik, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis, Futuna və Solomon adalarının nümayəndələrinin iştirak edib haqq səsini deməsinə şərait yaratdı.
Bundan başqa, Bakı Təşəbbüs Qrupu çərçivəsində müxtəlif səviyyədə tədbirlər davam etdirilir. Son olaraq bu il noyabrın 21-də Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda konfrans təşkil edilib.
Bu gün Fransa Ermənistanı siyasi, iqtisadi və hərbi baxımdan aktiv şəkildə dəstəkləyir. Xüsusilə Parisin İrəvanı silahlandırması, Azərbaycanla sülhün əldə edilməsini çətinləşdirir. Paris Ermənistanla Azərbaycan arasında yeni müharibənin olmasında maraqlıdır. Bu müharibənin Ermənistan ərazisində baş verməsi üçün əlindən gələni edir.
Fransa son zamanlar Azərbaycana qarşı iqtisadi sanksiyalar paketi də hazırlayır. Bu yolla Bakını iqtisadi baxımdan zəiflətmək istəyir. Diqqətçəkən məqam isə Azərbaycanın Fransaya çox sərt reaksiya verməməsidir. Bir çox hallarda rəsmi Bakı soyuqqanlılığını qoruyur.
Əslində, Azərbaycanın Fransaya vurduğu zərbə, verdiyi mesaj Parisin Bakıya vuracağından 10 qat daha ciddidir. Bakının başda yeni Kaledoniya və Korsika olmaqla Fransanın müstəmləkələrinə öz müqəddəratlarını təyin etməsi üçün verdiyi siyasi dəstək düşünüldüyündən daha uzaqgörən bir siyasətdən xəbər verir. Bakı faktiki olaraq Parisə “öz meydanında” cəbhə açıb
Turan Rzayev
MİA.AZ
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub