XİN başçısı BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi ilə görüşüb - Nələr müzakirə olunub?
23-11-2023 [15:40]
Xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan ilə görüşüb.
Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan və UNECE arasında əməkdaşlıq gündəliyi və əməkdaşlıq perspektivləri, eləcə SPECA daxil olmaqla, ölkəmizin Orta Asiya ilə əlaqələri və bu çərçivədə UNECE-nin mümkün rolu müzakirə olunub.
Nazir Ceyhun Bayramov UNECE-nin əhatə dairəsinə daxil olan ətraf mühit, enerji, şəhər planlanması və s. istiqamətlərdə birgə səylərin artırılmasının vacib olduğunu vurğulayıb. SPECA-nın əsasının qoyulmasından etibarən ölkəmizin bu platforma çərçivəsində fəaliyyətə aktiv şəkildə töhfə verdiyini, bu istiqamətdə, xüsusilə Mərkəzi Asiya ölkələri ilə üçtərəfli əməkdaşlıq formatlarının mövcudluğunun birgə uğurlu layihələrin həyata keçirilməsinə daha böyük təkan verdiyini diqqətə çatdırıb.
SPECA ölkələri ilə müxtəlif o cümlədən, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, alternativ enerji mənbələri, nəqliyyat, kommunikasiyalar, ətraf mühit, innovasiyalar, dayanıqlı inkişaf məqsədləri və s. sahələr üzrə faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu məmnunluqla qeyd olunub. Xüsusilə, regional nəqliyyat və kommunikasiya xətlərinin inkişafı, o cümlədən Orta Dəhlizin imkanlarının genişləndirilməsi sahəsində mövcud təşəbbüslər və layihələrin əhəmiyyəti vurğulanıb.
2023-cü ildə SPECA-ya sədrliyimiz dövründə bu platforma çərçivəsində əməkdaşlığın gücləndirilməsi, habelə SPECA ölkələrinin ikitərəfli, regional və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində Azərbaycanın səylərindən bəhs edən nazir Ceyhun Bayramov, Bakıda keçirilən SPECA həftəsi çərçivəsində baş tutacaq SPECA Sammitinin bu səylərin vacib nəticələrindən biri olduğunu qeyd edib.
İcraçı katib Tatyana Molçan, Azərbaycanın SPECA-ya sədrliyi dövründə onun müasir dövrün çağırışlarına uyğun platformaya çevrilməsi istiqamətində göstərdiyi səylərin təqdirəlayiq olduğunu qeyd edib. Bu istiqamətdə, növbəti gün Bakı şəhərində keçiriləcək SPECA Sammitinin regional və beynəlxalq çağırışların fonunda Proqram çərçivəsində əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rol oynayacağına dair ümidvarlıq ifadə olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub