Silahlı hücumla öldürülən klub prezidenti çalğı ilə dəfn olundu - FOTOLAR

img

23-11-2023 [15:29]


Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda silahlı basqın nəticəsində həyatını itirən "Musalla Güc" İdman Klubunun prezidenti Tuncay Gengeç bu gün çalğı ilə dəfn olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, noyabrın 21-də Tarsusda avtomobilinə minərkən güllə yağmuruna tutulan 44 yaşlı klub prezidenti Tuncay Gengeç xəstəxanaya çatırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib: "Çukurova bölgəsində yaşayan bəzi insanların adətinə görə, gənc yaşlarında ölənlərin dəfni belə çalğılarla müşayiət olunur...".

Məlumata görə, sui-qəsdçilər onun maşınına 33 güllə sıxıblar. 

Bundan  sonra hadisə yerindən qaçan sui-qəsdçilər hadisə yerindən ayrıldıqları avtomobildə qəza keçiriblər: "Lakin onlar ərazidən motosiklet oğurlayaraq meşəlik əraziyə qaçaraq izləirni itirməyi bacarıblar. Hazırda onların axtarışı davam edir"

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq