Hizbullah İsrailin hərbi məntəqələrini raket atəşinə tutub - Açıqlama

img

23-11-2023 [14:48]


Livanda yerləşən Hizbullah qruplaşması İsrailin 7 hərbi məntəqəsinə hücum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Hizbullah yazılı açıqlama verib.

Açıqlamada deyilir ki, İsrailin şimalındakı Safed şəhəri və sərhəddən ən az 10 kilometr aralıda yerləşən Ayn Zaytimdəki hərbi məntəqələrə 48 Katyuşa raketi atılıb: "Bundan əlavə, Harba Maar, Marabda, Birka Rişa, Cəl əl-Aləm, Ed-Duhayra və Sasa qəsəbəsindəki hərbçilərin sıx toplandığı məkanlara da idarə olunan raketlər və müvafiq silahlarla zərbələər endirilib".

Bununla yanaşı, Hizbullah qarşıdurmalarda bir üzvünün də öldüyünü təsdiqləyib: "Bununla da oktyabrın 8-dən bəri Hizbullah üzvlərinin sayı 85-ə yüksəlib".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq