G7 ölkələri Şimali Koreya ilə bağlı bəyanat verdi: "Yarımada nüvə silahından tamamilə təmizlənməlidir"

img

23-11-2023 [00:46]


G7 ölkələrinin xarici işlər nazirləri Şimali Koreya ilə bağlı bəynaat veriblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda Şimali Koreyanın orbitə casus peyki daşıyan raket buraxmasını qətiyyətlə pisləyiblər.

Bəyanatda bu hərəkətin bölgənin sülh və sabitliyinə ciddi təhdid yaratdığı vurğulanıb: "Ballistik raket texnologiyasından istifadə edilən hər hansı atış Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulmasıdır”.

Bəyanatda Pxenyan administrasiyasını nüvə proqramlarından imtina etməyə çağırıb və Şimali Koreyanın nüvə silahının ləğvinə çalışılacağı xüsusi vurğulanıb: "Koreya yarımadası nüvə silahından tamamilə təmizlənməlidir".

XİN başçıları daha sonra “Şimali Koreyanın Rusiyaya silah tədarük etməsini şiddətlə qınayıblar

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq