Professor Məmməd Əliyev: “Vikipediya açıq ensiklopediyasında “Heydər Əliyev İli” ilə əlaqədar 100 məqalə yaradılıb”
22-11-2023 [13:19]
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev İli” çərçivəsində mühüm tədbirlər həyata keçirilib.
Bu barədə Mia.az-a MEK-in baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev məlumat verib.
M.Əliyev bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq AMEA-da da bununla bağlı Tədbirlər Planı hazırlanmışdır. O, “Heydər Əliyev İli”nin Akademiyada təntənəli şəkildə qeyd olunduğunu qeyd edərək dahi şəxsiyyətinin Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükü daşıyan fenomen olduğunu bildirib. Baş direktor Ulu Öndərin irsinin gələcək nəsillərə ötürülməsinin hər bir azərbaycanlının borcu olduğunu vurğulayıb.
O, MEK-in AMEA-da “Heydər Əliyev İli” çərçivəsində görülən işlərdə, həyata keçirilən tədbirlərdə yaxından iştirak etdiyini qeyd edib.
“Heydər Əliyevin 100 illiyinə töhfə olaraq gördüyümüz işlər arasında ilk sırada dahi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin biblioqrafiyasının hazırlanması dayanır”, - deyə M. Əliyev vurğulayıb.
Professor bildirib ki, “Heydər Əliyev İli” ilə əlaqədar olaraq MEK-in Sərbəst elektron resurslar şöbəsi tərəfindən Vikipediya açıq ensiklopediyasında 100 məqalə yaradılmışdır.
Baş direktorun sözlərinə görə, bu istiqamətdə həyata keçirilmiş işlərdən biri də MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi tərəfindən “Heydər Əliyevin aforizmləri” audiodiskinin hazırlanmasıdır: “Burada Ulu Öndərin aforizmləri Azərbaycan və ingilis dillərində səsləndirilmişdir”.
M.Əliyev qeyd edib ki, MEK-də Ulu Öndərin 100 illiyi çərçivəsində respublika səviyyəli konfrans keçirilmişdir. Noyabrın 28-29-da isə Heydər Əliyevə həsr olunmuş “Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur: “Bu konfransda dünyanın bir çox ölkələrindən 120-yə yaxın alim və mütəxəssisin iştirakı gözlənilir. Konfransda Türkiyə Böyük Millət Məclisi (TBMM) Kitabxanasından nümayəndələr, o cümlədən Türkiyə və Rusiyadan professor-müəllim heyətləri iştirak edəcəklər”.
Alim MEK tərəfindən “Heydər Əliyev İli”nə töhfə olaraq “Heydər Əliyev 100” təqviminin buraxıldığını da diqqətə çatdırıb. O, Ulu Öndərin irsini öyrənmək baxımından MEK-də təşkil olunan “Heydər Əliyev lektoriyası”nın fəaliyyətinin xüsusi önəm kəsb etdiyini bildirib. Lektoriyalarda müxtəlif mövzular ətrafında müzakirələrin aparıldığını, Ümummilli Liderin irsinin öyrənildiyini qeyd edərək, bu lektoriyalarda Heydər Əliyevlə şəxsən görüşmüş şəxslərin, millət vəkillərinin iştirak etdiyini söyləyib.
M.Əliyev onu da bildirib ki, Mərkəzi Elmi Kitabxana tərəfindən “Heydər Əliyev İli” çərçivəsində nəşr olunmuş kitabların il ərzində AR Ədliyyə Nazirliyində, Yasamal rayon İcra Hakimiyyətində, Yasamal rayon YAP təşkilatında, eləcə də AMEA-nın Rəyasət Heyətində sərgisi təşkil olunmuşdur.
Baş direktorun sözlərinə görə, MEK hər il olduğu kimi, bu il də orta ümumtəhsil məktəbləri ilə əlaqələrini davam etdirmiş, bir sıra məktəblərdə Ulu Öndərin yaradıcılığına həsr edilmiş görüşlər keçirilmiş, məktəblərə dahi liderin həyat və fəaliyyətinə dair kitablar hədiyyə olunmuşdur. Bundan başqa, MEK tərəfindən Türkiyənin paytaxtı Anakara şəhərində “Heydər Əliyev – 100” kitab sərgisi təşkil edilmişdir. MEK-in əməkdaşları Antalyada keçirilən beynəlxalq konfranslarda iştirak edərək Heydər Əliyev irsinin təbliği istiqamətində çıxışlar etmişdir.
Professor M.Əliyev, həmçinin qeyd edib ki, MEK 2023-cü ildə Türk Dünyası Kitabxanaçıları Vəqfinə üzv seçilərək Azərbaycandan bu quruma üzv olan ilk kitabxana olmuşdur. Alim Türkiyə səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisi Kitabxanasının müdiri ilə görüş keçirdiyini, bu kitabxanaya “Heydər Əliyev və parlamentarizm ənənələri” kitabının üç cildini hədiyyə etdiyini vurğulayıb.
Bundan başqa, o, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 100 illiyi çərçivəsində kitabxana tərəfindən alimin elmi əsərlərinin biblioqrafiyasının hazırlandığını və bir sıra əhəmiyyətli tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub