İran XİN başçısı: "Onların beynəlxalq məhkəmədə mühakimə olunmasına çalışacağıq"

img

22-11-2023 [12:42]


"Qəzzadakı hərbi cinayətkarların beynəlxalq məhkəmədə mühakimə olunmasını təmin etmək üçün səy göstərəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda xarici ölkələrin səfirləri və missiya rəhbərləri ilə görüşdə açıqlama verib.

"Fars" Xəbər Agentliyinin məlumatına görə, İsrailin Qəzzada mülki obyektləri bombalaması və insanların ölümünə səbəb olmasına toxunan nazirin sözlərinə görə, müharibə bitdikdən sonra bu cinayətlərin başçılarının və icraçılarını beynəlxalq məhkəmədə mühakimə olunmasını təmin etmək üçün səy göstərəcəklər: "Ümid edirik ki, atəşkəslə nəticələnən səylər nəticəsində Qəzzada və İordan çayının qərb sahilində müdafiəsiz insanların, qadınların və uşaqların vəhşicəsinə öldürülməsi dayandırılacaq və buna yol verənlər layiqli cəzalaırnı alacaqlar".

Abdullahiyan daha sonra ABŞ-ı 46 gündür davam edən müharibədə Təl-Əvivə silahla təmin etməkdə ittiham edib.

Tahir

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq