Lukaşenkodan Paşinyana mesaj: "Gələcək haqqında düşünməyin vaxtıdır"

img

20-11-2023 [17:08]


"Ermənistan KTMT-dən yardım tələblərini geri götürüb".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə deyib.

Baş katibin sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yardım tələblərinin gündəmdən çıxarılmasını xahiş edib: "İrəvan əvvəllər təşkilatdan kömək istəyib. Lakin Ermənistan tərəfi indi bu təşkilata marağını itirdiyini etiraf edərək, yardım məsələsinin KTMT gündəliyindən çıxarılmasını istəyirlər".

Lukaşenko isə buna cavab olaraq deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi artıq bitib: "İndi gələcək haqqında düşünməyin vaxtıdır. Bölgədə müsbət proses müşahidə olunur. Təkcə həmin regionda deyil, ümumilikdə keçmiş sovet məkanında vəziyyət düzəlir. Ermənistan bundan kənarda qalmamalıdr".

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan az əvvəl Lukaşenkoya zəng edərək noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirak etməyəcəyini bildirib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq