“Kainat gözəli 2023” mükafatını qazanan gözəl ağladı - FOTOLAR

img

20-11-2023 [00:06]


Nikaraqualı Şeynnis Palasios El Salvadorun paytaxtı San Salvadorda keçirilən “Kainat gözəli 2023” müsabiqəsinin qalibi olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 84 ölkədən gözəllərin yarışdığı builki “Kainat gözəli” müsabiqəsinin münsiflər heyətinə model Halima Aden, “Queer Eye” ulduzu Carson Kressley, TikTok fenomeni Avani Gregg,  Trinidad və Tobaqodan iki dəfə dünya gözəli seçilən Canelle Commissiong və Fransadan İris Mittenaere təmsil olunublar.

Məlumata görə, münsiflərin qərarına əsasən, Nikaraqua vətəndaşı Şeynnis Palasios “Kainat gözəli 2023” müsabiqəsinin qalibi seçilib. “Kainat gözəli” seçilən Palasiosun tacını ötən ilin qalibi ABŞ-dan Rbonney Qabriel təqdim edib: "Bu zaman Şeynnis Palasios göz yaşlarını saxlaya bilməyib...".

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR