"İctimai həyatda hər hansı ayrı-seçkiliklə, pis münasibətlə" - STM daha bir sorğu keçirib
17-11-2023 [17:32]
"Azərbaycanda respondentlərin 84, 7 faizi öz etnik və ya dini mənsubiyyətinə, dini ayinlər icra etməsinə və ya dilindən istifadə etməsinə görə ictimai həyatda hər hansı ayrı-seçkiliklə, pis münasibətlə heç üzləşmir".
Mia.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi (STM) rəy sorğusu keçirib.
Sorğuya əsasən, 7,7% respondent nadirən belə münaisbətlə üzləşdiyini bildirib:
"Bu qrup üzrə cəmi 25 nəfər (2,3%) müvafiq ayrı-seçkilik və pis münasibətlə tez-tez üzləşdiyini, 15 nəfər (1,4%) adətən üzləşdiyini, 42 nəfər (3,9 %) isə bəzən üzləşdiyini ifadə etmişdir. Beləliklə ümumiləşdirsək, bu qrup üzrə ayrı-seçkilik və pis münasibətlə üzləşənlərin (tez-tez üzləşirəm, adətən üzləşirəm, bəzən üzləşirəm) faiz göstəricisi 7,6%, ayrı-seçkilik və pis münasibətlə üzləşməyənlərin (nadirən üzləşirəm, heç üzləşmirəm) faiz göstəricisi isə 92,4%-dir. Nəticə etibarilə Azərbaycanda etnik, dini mənsubiyyətinə, dini ayinlər icra etməsinə və ya dilindən istifadə etməsinə görə ümumi əhali arasında ayrı-seçkilik demək olar ki, yoxdur və ya olduqca aşağı səviyyədədir.
Etnik qrup üzrə respondentlərin (389 nəfər, 100%) bu suala cavabından aydın olur ki, onların da böyük əksəriyyəti, yəni 90%-i (350 nəfər) öz etnik və ya dini mənsubiyyətinə, dini ayinlər icra etməsinə və ya dilindən istifadə etməsinə görə ictimai həyatda hər hansı ayrı-seçkilik və ya pis münasibətlə heç üzləşmir. Respondentlər arasında 10 nəfər (2,6%) bu cür münasibətlə nadirən üzləşdiyini bildirmişdir. Pis münasibətlə tez-tez üzləşən etnik qrup respondentlərin sayı 7 nəfərdir və onlar bu qrup üzrə cəmi 1,8% təşkil edirlər. “Adətən üzləşirəm” cavabını verənlər isə cəmi 3 nəfərdir (0,8%). 19 nəfər (4,9%) bu suala “bəzən üzləşirəm” deyərək orta mövqe nümayiş etdirmişdir. Beləliklə ümumiləşdirsək, bu qrup üzrə ayrı-seçkilik və pis münasibətlə üzləşənlərin (tez-tez üzləşirəm, adətən üzləşirəm, bəzən üzləşirəm) faiz göstəricisi ümumi əhali qrupundakı müvafiq faiz göstəricisi ilə demək olar ki, eyni yəni 7,5%-dir. Ayrı-seçkilik və pis münasibətlə üzləşməyənlərin (nadirən üzləşirəm, heç üzləşmirəm) faiz göstəricisi isə 92,6%-dir. Nəticə etibarilə, tədqiqatda iştirak edən ümumi əhali qrupunda olduğu kimi etnik qruplara münasibətdə də Azərbaycanda hər hansı ayrı-seçkilik və pis münasibət demək olar ki, yoxdur və ya olduqca aşağı səviyyədədir.
Tədqiqat çərçivəsində respondentlərdən həmçinin Azərbaycanda milli həmrəylik səviyyəsini şkala üzrə qiymətləndirmək xahiş olunmuşdur. Ümumi əhali qrupu üzrə respondentlərin (1088 nəfər, 100%) demək olar ki, yarısı, 51,3%-i (558 nəfər) ölkəmizdə milli həmrəyliyin ən yüksək səviyyədə olduğunu, 23,7%-i (258 nəfər) yüksək səviyyədə olduğu bildirmişdir. Ümumiləşdirsək, bu qrup üzrə respondentlərin 75%-i (816 nəfər) milli həmrəyliyin ölkəmizdəki səviyyəsinə müsbət qiymət vermişdir. 18,9% respondent (206 nəfər) milli həmrəyliyi orta, 2,2% (24 nəfər) aşağı səviyyədə qiymətləndirmiş, 2,3% (25 nəfər) milli həmrəyliyin heç olmadığını qeyd etmişdir. 1,7% (18 nəfər) respondent isə bu suala cavab verməkdə çətinlik çəkdiyini bildirmişdir.
Etnik qrup üzrə respondentlərin (389 nəfər, 100%) 58,1%-i (226 nəfər) ölkəmizdə milli həmrəyliyin ən yüksək səviyyədə olduğunu, 25,7%-i (100 nəfər) yüksək səviyyədə olduğu bildirmişdir. Ümumiləşdirsək, bu qrup üzrə respondentlərin 83,8%-i (326 nəfər) milli həmrəyliyin ölkəmizdəki səviyyəsinə müsbət qiymət vermişdir. Bu qrup üzrə 10,8% respondent (42 nəfər) milli həmrəyliyi orta, 1,8% (7 nəfər) aşağı səviyyədə qiymətləndirmiş, 1,3% (5 nəfər) milli həmrəyliyin heç olmadığını qeyd etmişdir. 2,3% (9 nəfər) respondent isə bu suala cavab verməkdə çətinlik çəkdiyini bildirmişdir.
Nəticə olaraq, STM tərəfindən həyata keçirilən sorğu göstərir ki, cəmiyyətimizdə digər etnik-dini qruplara qarşı hər hansı ayrı-seçkilik demək olar ki, yoxdur və ya olduqca aşağı səviyyədədir. Belə ki, tədqiqatda iştirak edən ümumi əhali qrupundakı respondentlərin 92,1%, etnik qrupdakı respondentlərin isə 92,6%-i hər hansı etnik-dini ayrı-seçkilikdə qarşılaşmadığını (heç qarşılaşmadığını və/və ya əsasən qarşılaşmadığını ifadə etmişdir). Həmçinin cəmiyyətimizdə milli həmrəylik səviyyəsi həm ümumi əhali, həm də etnik qruplar tərəfindən əsasən müsbət qiymətləndirilir. Belə ki, tədqiqatda iştirak edən ümumi əhali qrupundakı respondentlərin 75%-i, etnik qrupdakı respondentlərin isə 83,8%-i milli həmrəyliyin ölkəmizdəki səviyyəsinə müsbət (ən yüksək və yüksək) qiymət vermişdir.
Tədqiqat geniş analitik hesabat halında tezliklə ictimaiyyətə təqdim olunacaq".
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub