Sahibə Qafarova Bişkekdə: "Ermənistanın hələ də Azərbaycana qarşı yalan və..."
17-11-2023 [16:31]
Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyasının 56-cı plenar iclasında çıxışında Ermənistan tərəfinin yalanlarını növbəti dəfə ifşa edib.
Mia.az-ın məlumatına görə, spiker bildirib ki, Azərbaycan 2020-ci ildə öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra Ermənistanla beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib.
Lakin Qarabağı sözdə Azərbaycan ərazisi kimi tanıyan Ermənistan təəssüf ki, bu üç il ərzində siyasi və hərbi təxribatlarla məşğul olub. Ermənistan nəinki Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməyərək, öz silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmayıb, həm də oraya silah, sursat və hərbi qulluqçuların daşınmasını davam etdirib.
Sahibə Qafarova qeyd edib ki, işğal dövründə basdırdığı və sayı milyondan çox olan minalarla yanaşı, Ermənistan işğaldan azad edilmiş əraziləri də minalamaqda davam edib. Bu il sentyabrın 2-də Ermənistanın baş naziri Azərbaycanın qanuni ərazilərində Ermənistanın yaratdığı və fəal şəkildə dəstəklədiyi separatçı rejimi qondarma “müstəqillik” günü münasibətilə təbrik edib. Sentyabrın 9-da isə bu qeyri-qanuni qurum qondarma “prezident seçkiləri” keçirib. Bu addımları Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş təxribatçı addımlar kimi qiymətləndirən Milli Məclisin sədri vurğulayıb ki, 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş torpaqlarımıza qəsdən yerləşdirdiyi minaların partlaması nəticəsində 6 mülki şəxs və polis əməkdaşı həlak olub. Ümumiyyətlə isə, müharibədən sonrakı dövrdə mina partlayışları nəticəsində 340-a yaxın insan həlak olub və ya yaralanıb.
Çıxışında bu ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri barədə də məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, bu tədbirlər Azərbaycanın öz Konstitusiya quruluşunu bərpa etmək və qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək məqsədi daşımışdır. 23 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tam tərk-silah edilib, Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimə son qoyaraq, beynəlxalq səviyyədə tanınmış ərazisi üzərində suverenliyini tam bərpa edib.
Spiker Sahibə Qafarova xüsusilə vurğulayıb ki, antiterror tədbirləri zamanı Azərbaycan beynəlxalq humanitar hüquqa tam uyğun hərəkət edib. Belə ki, bu tədbirlər zamanı mülki əhaliyə və mülki infrastruktura heç bir ziyan dəyməyib. Eləcə də, heç bir “etnik təmizləmə”, ermənilərin Qarabağdan məcburi köçürülməsi ilə bağlı bir fakt belə qeydə alınmayıb. Bunu bölgəyə səfər etmiş iki BMT missiyası da təsdiqləyib.
Bu aşkar faktlara baxmayaraq, Ermənistanın hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti aldatmaqda davam etdiyini söyləyən Sahibə Qafarova, Ermənistanın iddialarının yalan olduğunu bir daha bəyan edib.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub