Dünya futbolunda bir ilk: 3 ildir klubsuz qalan oyunçu yığmanın heyətində meydana çıxdı

img

17-11-2023 [15:46]


Dünya futbol tarixində bir ilk yaşanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Şimali Koreyanın Suriya ilə keçirdiyi oyunda maraqlı hadisə yaşanıb. 

Belə ki, illərdir klubsuz qalan Şimali Koreyalı futbolçu Han Kvanq-Sonq 3 ildən sonra futbol meydanlarına qayıdıb.

O, matça ilk 11-də başlayıb. 

Onu da qeyd edək ki, 25 yaşlı futbolçu İtaliyanın "Kalyari", "Peruca" və "Yuventus" kimi klublarında oynadıqdan sonra yoxa çıxmışdı.

3 ildir klubsuz olan Han Kvanq-Sonqun artıq futbolu düşünüldüyü deyilsə də, o, qəfil Suriya yığması ilə oyunda görünməklə dünya futbol tarixinə damğa vurub.

Fərid Aslan

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq