Almaniya Ukraynaya hərbi yardımı artırır - Razılıq əldə olundu

img

14-11-2023 [00:16]


Almaniya gələn il Ukraynaya hərbi yardımını artıracaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Baş nazir Olaf Şoltsun lideri olduğu Sosial Demokrat Partiyası və onun koalisiya ortaqları olan Yaşıllar və liberal Azad Demokratlar hərbi yardım büdcəsi ilə bağlı razılığa gəliblər.

Məlumata görə, razılığa əsasən, Almaniya 2024-cü ildə Ukraynaya hərbi yardımını 8 milyard avroya çatdıracaq.

Hökumət sözçüsü Steffen Hebestreit razılaşma ilə bağlı təfərrüatları açıqlamasa da, parlamentin büdcə komitəsinin bu həftə hərbi yardım məsələsini müzakirə etmək üçün toplanacağını bildirib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq