İsrailli qadınlar alış-verişə silahla gedir - FOTO

img

13-11-2023 [14:24]


HƏMAS-ın hücumu ilə əlaqədar İsraildə mülki əhalinin silahlandırılması ölkədə "maraqlı mənzərə" yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq İsraildə mülki insanlar yanlarında silah gəzdirməyi gündəlik vərdiş halına gətirib. 

Məlumata görə, HƏMAS-ın 7 oktyabrda İsrailə hücumundan sonra 120 mindən çox İsrail vətəndaşı silah üçün müraciət edib: "Onların hamısına müsbət cavab verilib".

Məlumatda İsraildə ticarət mərkəzində uzun lüləli silahlar daşıyan qadınların görüntüləri də əlavə olunub. Gənc qadınların çiyinlərində avtomat silahla rahat alış-veriş etmələrinə isə dünya mediası belə şərh verir: "Sanki üzərlərindəki çanta və ya telefondur..."

Lamiyə Əhmədli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq