"KÖMƏKÇİN NƏRMİNİN BAKIDA 8 BAHALI MAŞINI, 5 EVİ VAR..." - Partiya sədri yeni nazirə ağır ittihamlar irəli sürdü
06-11-2023 [16:21]
“Kənd təsərrüfatı naziri Məcnun Məmmədov orda-burda deyir ki, Hafiz Hacıyevi tanımıram. Bu adam Azərbaycanda pozuculuq fəaliyyəti ilə məşğuldur. Müsbət Dəyişiklik Gənclər Hərəkatının təsisçisi, “Qərbli” kampaniyasının rəhbəri Rəhimli Nərmin Əşrəf qızını gətirib özünə köməkçi qoyur. Bu xanımın Bakıda 8 ən bahalı maşını, şəhərin mərkəzində 5 evi var. Hörmətli Məcnun müəllim, sən mənim oğlum yerindəsən, xeyir ola, Rəhimli Nərmini Göygölə göndərirsən? Nərmin Göygöldə nə gəzirdi? Camaatdan izahat alır ki, Hafiz Hacıyev sənin qohumundur? Sonra da həmin adamı işdən çıxarırlar. Məcnun müəllim, mən bu dövlətə xidmət edəndə, sən hələ uşaq idin. Əli Kərimovun Gənclər Təşkilatının üzvü idin. Mən isə 4 dəfə prezidentliyə namizəd olmuşam”.
KONKRET.az xəbər verir ki, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Reaksiya TV-nin efirində deyib.
O, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun üvanına bəzi fikirlər də səsləndirib: “Sən Samuxda qəbul keçirirsən. Niyə müəyyən adamlardan məlumat alırsan ki, sən Hafiz Hacıyevin qohumusan? Hafiz Hacıyevin qohumları dövlətdən ötrü canını qoyub, iki əmisi oğlu Milli Qəhrəmandır. Məcnun Məmmədov camaata deyir ki, ən yaxşısı, siz gedin domino oynayın. Məcnun, camaata domino lazım deyil, insanlara müraciət et ki, gedin dana, qoyun saxlayın, əkin-biçin, qiymətlər aşağı düşsün, camaat 8 manata pomidor, 13-14 manata dana, quzu əti almasın. Sən bu gün subsidiyaları ləğv edirsən, sənə korrupsiyaya qarşı faktlar verən adama isə deyirsən ki, sən Hafiz Hacıyevlə qohumsan. Həmin adam ürəkləndi, dedi ki, cənab Prezidentimiz həmişə korrupsiyaya qarşı ciddi mübarizə aparıb, bu gün də aparır, həmişə də aparacaq. Sən Cəmil Həsənlinin arxasınca gəzəndə mən onun başına su butulkası atıb efirdən qovmuşam. İnqilabçı adamam, bu dövlət üçün həyatımı qurban qoymuşam. Bundan sonra da qurban verməyə hazıram. Bu gün daxilimizdə müəyyən məsələləri boş buraxmışıq. İnsanları narazı salırlar, böyük bir qələbəyə sevinməyə imkan vermirlər. Xankəndidə bayrağımız dalğalanır.
Ali Baş Komandanımız kimi vücudlu bir şəxsiyyət Xankəndidə necə çıxış etdi, hamımız ağladıq. Sən pomidor-xiyarınla məşğul ol. Ağlını başına topla, hələ heç nə danışmıram, danışacağam. Bəzi məsləhətləşmələrim gedir. Hörmətli Məcnun müəllim, biz cənab Prezidentin siyasi əsgərləriyik. Sən cənab Prezidenti istəyən adam deyilsən. Olsaydın, “Hafiz Hacıyev kimdir?” deyə bilməzdin. Sən Hafiz Hacıyevi tanımırsansa…
Hafiz Hacıyev sinəsini irəli verib ürəyinə dörd dənə stent qoyduranda sən hələ Kərimov Əlinin Gənclər Təşkilatının üzvü idin. Mən Kənd Təsərrüfatı Nazirliyində böyük idarənin rəisi olmuşam. Kənd Təsərrüfatı Nazirliyində ləyaqətlə çalışan Azərbaycanda iki-üç nəfər varsa, biri mənəm. İşlədiyim dövrlərdə xalqıma ləyaqətlə xidmət etmişəm. Rəhmətlik Ulu Öndər Milli Məclisdə dedi ki, Hafiz Hacıyev işlədiyi dövrdə 55 ton qara kürü verirdi. Hanı indi o qara kürü? Məcnun, mən o kişilərdənəm. Mən kabinetlərdə Leyli axtarmıram. Mən bu xalqın nökəriyəm. Niyə? Cənab Prezidenti, Azərbaycanı içimizdəki Cəmillərdən, Əlilərdən, xaricdəkilərdən qoruya-qoruya, özümü pis edə-edə bu günə gəlib çıxmışam”.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub