Erməni jurnalist: "Azərbaycan prezidentinin çıxşını dinləməyi xoşlamıram, amma..." - Zəngəzur - ABŞ ilə İranın maraqlarının üst-üstə düşdüyü yeganə məkan...
05-11-2023 [10:08]
Bugünlərdə yazmışdım ki, ermənilər sanki iynə üstündə oturublar.
“Azadlıq” radiosunun erməni bölümünün ingilisdilli xidməti elə bu məsələdən bəhs edən "In Southern Armenia, Global Powers Move In Amid Fears Of A New Azerbaijani Offensive " (Cənubi Ermənistanda Qlobal Qüvvələr Azərbaycanın yeni hücum təhlükəsinə nəzərən hərəkət edirlər) adlı məqalə ilə çıxış edib.
Yazıda deyilir ki, Azərbaycanla Ermənistan arasında mövcud olan qeyri-müəyyənlik Sünik şəhərinin bir çox sakinini çıxılmaz vəziyyətdə qoyub.
Sünikdə xəbərləri işıqlandıran “Zəngəzur TV” (heç vaxt ağlıma gəlməzdi ki, Ermənistanda Zəngəzur adında TV olsun) kanalının jurnalisti Tiqranuhi Badalyan deyir: "Hər səhər yuxudan durub düşünürəm ki, nə yaxşı bu gün müharibə başlamayıb, çünki hər gün müharibənin başlanma gözləntisi var. Azərbaycan prezidentinə baxmağı heç xoşlamıram, amma hər gün yatmazdan əvvəl onun çıxışını əks etdirən videolara baxıram, çıxışı təhlil edərək sabah müharibə olub-olmayacağını təxmin etməyə çalışıram. Hər dəfə evə nəsə almaq istəyəndə, evi təmir etmək fikrinə düşəndə, ya da mebel almaq ürəyimdən keçəndə düşünürəm ki, sabah müharibə başlasa, hər şeyi itirəcəm”.
“Azadlıq” radiosu yazır: “Bu qorxu insanlar arasında narahatlığa səbəb olub. Yerli sakinlərin Sünikdən köçə biləcəyi düşüncəsi bir mövzu kimi regionda xüsusi həssaslığa malikdir. Artıq neçə nəfərin getdiyinə dair konkret nəsə demək çətindir. Çünki ortada heç bir məlumat yoxdur və sorğuda iştirak edən sakinlər çox fərqli fikirlər səsləndirirlər.
"Hazırda dünyada təhlükəsiz yer yoxdur. Bura tam təhlükəsiz olmasa belə, heç kim Sünikdən köçüb getmək istəmir. Biz heç bir yerə getməyəcəyik və düşmənlərimizə qarşı sona qədər mübarizə aparacağıq", - Kapandakı baytar həkim Vahan Sarkisyan bildirib.
Lakin onun qız dostu, onun üçün tərcümə edən sərbəst bələdçi Şuşanik Kostandyan bu fikrə etiraz edir: “Bir çox insan Süniki tərk edib normal həyat sürmək üçün əlindən gələni edir”.
Yerli jurnalist Badalian deyir ki, o da İranın Zəngəzur məsələsində Ermənistana dəstək verəcəyinə inanmır: "Sən boğulan zaman yapışmaq üçün ətrafda olan hər şeyə əl atırsan. İranın bizim üçün müharibəyə getməsi fikri, bu, fantaziyadır”.
İran və Qərb bir çox qlobal münaqişələrdə - Ukraynadan Fələstinə qədər-əks tərəfdə olmasına baxmayaraq, onların Ermənistanın cənubunda maraqları üst-üstə düşür. İrəvanda yerləşən Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzinin rəhbəri Areq Koçinyan bildirir ki, "Sünik bəlkə də hazırda Yer kürəsində ABŞ və İranın oxşar qarşılıqlı marağı olan yeganə yerdir".
Elbəyi Həsənli,
SÜRİX
MİA.AZ
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub