Ravvin: “Tayyib Ərdoğanla İlham Əliyev qardaş kimidir” - Azərbaycan Türkiyə - İsrail münasibətlərini yenidən bərpa edə bilərmi?
03-11-2023 [14:37]
İsrailin keçmiş rabitə naziri (2017-2019) Ayub Kara Azərbaycanla xoş münasibətdə olan siyasətçidir. Əslən durus olan Ayub Kara 2 dəfə Azərbaycanda olub.
Qafqazın Xirosiması kimi tanınan Ağdamı ziyarət edib. Səfər təəssüratları ilə bağlı o, belə yazmışdı: “Orada gördüklərim mənə I Livan müharibəsi zamanı şahidi olduğum dəhşətli vəziyyəti xatırlatdı. Əslində, Qarabağda gördüklərim Livanda gördüklərimdən də pis idi”. O, Xocalıda ermənilərin törətdiyi cinayəti soyqırım kimi təsbit edib.
Ayub Kara İsrail Türkiyə münasibətlərinin normallaşması üçün də böyük işlər görüb.
O, ABŞ-da fəaliyyət göstərən və yerli yəhudilərə bağlı “jns.org” saytında “Can Azerbaijan once again help mend Turkish-Israeli ties?” (Azərbaycan Türkiyə-İsrail əlaqələrinin bərpasına bir daha kömək edə bilərmi?) adlı məqalə ilə çıxış edib.
Məqalədə deyilir ki, Türkiyədə antisemitizm artmaqdadır. İstanbul Universitetinin yanındakı bir kitab mağazasında girişə “Yəhudilərə icazə verilmir” yazılmış lövhə vurulub. İzmirdə sinaqoqda “qatil İsrail” yazılmış şüarlar asılıb. Hazırda Türkiyədə bir çox taksi sürücüsünün israillilərə xidmət etmək istəmədiyi barədə məlumatlar var.
Bunlar son vaxtlar bildirilən antisemitizmə bağlı hadisələrin yalnız bir neçəsidir.
Bütün bu hadisələr Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın terror təşkilatının 7 oktyabrda törətdiyi dəhşətli qırğına baxmayaraq, HƏMAS-ı “azadlıq qrupu” adlandırmasından sonra baş verib. Ərdoğanın bəyanatı İsraili Türkiyədən diplomatik heyətini geri çəkməyə vadar edib.
O, ABŞ-da fəaliyyət göstərən və yerli yəhudilərə bağlı “jns.org” saytında “Can Azerbaijan once again help mend Turkish-Israeli ties?” (Azərbaycan Türkiyə-İsrail əlaqələrinin bərpasına bir daha kömək edə bilərmi?) adlı məqalə ilə çıxış edib.
Məqalədə deyilir ki, Türkiyədə antisemitizm artmaqdadır. İstanbul Universitetinin yanındakı bir kitab mağazasında girişə “Yəhudilərə icazə verilmir” yazılmış lövhə vurulub. İzmirdə sinaqoqda “qatil İsrail” yazılmış şüarlar asılıb. Hazırda Türkiyədə bir çox taksi sürücüsünün israillilərə xidmət etmək istəmədiyi barədə məlumatlar var.
Bunlar son vaxtlar bildirilən antisemitizmə bağlı hadisələrin yalnız bir neçəsidir.
Bütün bu hadisələr Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın terror təşkilatının 7 oktyabrda törətdiyi dəhşətli qırğına baxmayaraq, HƏMAS-ı “azadlıq qrupu” adlandırmasından sonra baş verib. Ərdoğanın bəyanatı İsraili Türkiyədən diplomatik heyətini geri çəkməyə vadar edib.
2010-cu ildə “Mavi Mərmərə” hadisəsindən sonra bir çox israilli Türkiyə-İsrail münasibətlərinin sona çatmasını istəyirdi. İndi də son hadisələrdən sonra yəqin ki, eyni hiss çoxlarına hakim kəsilib. Buna baxmayaraq, İsrailin Türkiyə-İsrail münasibətlərindən əl çəkməsi məqsədəuyğun deyil.
Türkiyə və İsrailin bir çox ortaq siyasi və iqtisadi maraqları var. İki ölkə arasında gərginliyə baxmayaraq, Ərdoğan da daxil olmaqla hamı bunu yaxşı bilir. Əgər İsrail Fars körfəzi ölkələri ilə birləşsə və Türkiyə İranın müttəfiqi olaraq qalsa, bu, Türkiyənin maraqlarına xidmət etməz.
Ərdoğan bütün sünni ərəb dövlətlərinin İsraillə əməkdaşlıq edə biləcəyini başa düşür, ona görə də Türkiyənin təklənib İranın tərəfində qalacağı reallığından çəkinir. Beləliklə, o, İrandan çox İsrailə ehtiyacı olduğunun fərqindədir. Buna görə də müharibədən əvvəl o, İsrailə yönəlik siyasətini daha dostcasına həyata keçirirdi.
Türkiyə küçələrində fələstinlilərə xalqın dəstəyinə baxmayaraq, bu reallıq indi də dəyişməyib.
Bu kontekstdə Azərbaycan kimi antisemitizm tarixi olmayan, həm İsrail, həm də Türkiyə ilə yaxşı münasibətləri olan bir ölkə iki ölkə arasında vasitəçi ola bilər. Bu, Ərdoğanı anti-İsrail mövqeyindən uzaqlaşdıra və onu Qəzza böhranından kənarda qalmağa inandıra bilər. Azərbaycanın vasitəçiliyi İsraillə Türkiyə arasında müharibədən əvvəlki barışıqda da böyük rol oynayıb. Bəs nədən Azərbaycan bir daha buna cəhd etməsin?
Türkiyə ilə İsrail arasında münasibətlərin yaxşılaşması Azərbaycanın maraqlarına uyğundur. İki ölkə arasındakı düşmənçilik Azərbaycanı narahat vəziyyətdə qoyardı, çünki Azərbaycan həm Türkiyə, həm də İsraillə güclü hərbi, siyasi, strateji və iqtisadi əlaqələrə malikdir. Azərbaycan İsrailin enerji ehtiyacının 40%-ni təmin edir və silah-sursatının 60%-dən çoxunu yəhudi dövlətindən alır. Bundan əlavə, Azərbaycanda Azərbaycan-İsrail dostluğuna böyük dəyər verən 3 min (orijinalda səhvən 30 min gedib) nəfərlik yəhudi icması çiçəklənir. Yəhudi və Azərbaycan xalqları arasında yaxşı münasibətlər çoxəsrlik tarixə malikdir və çiçəklənən müsəlman-yəhudi münasibətlərinin necə görünə biləcəyinin nümunəsidir.
Üstəlik, ravvin Şmuel Simantovun müsahibəsində dediyi kimi, Azərbaycan da Türkiyəyə çox yaxındır.
“Əvvəla, Azərbaycan prezidenti ilə Türkiyə prezidenti qardaş kimi yaxın dostdurlar. Beləliklə, Azərbaycan bu məsələdə tərəflərə çox kömək edə bilər. Bundan əlavə, münasibətləri yaxşılaşdırmaq üçün istifadə edilə bilən bir çox başqa şeylər də var. Türklər və azərilər yəhudilərə sadiq xalq kimi baxırlar. Antisemitizm mahiyyətcə mədəniyyətin bir hissəsi deyil. Ona görə də İsrailin Türkiyə ilə sülh bağlaması elə də çətin olmamalıdır. Türk diasporu ilə Azərbaycan diasporu bütün dünyada bir-biri ilə əlaqədədir və qarşılıqlı təsirə malikdir”.
Beləliklə, ümid etməyə əsas var ki, Azərbaycan bir daha İsrail-Türkiyə münasibətlərini düzəldə bilər, bu da iki ölkə arasında müharibədən əvvəlki yaxınlaşmanın bərpasına gətirib çıxarar...
Elbəyi Həsənli
MİA.AZ
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub