Ceyhun Bayramov TDT-nin iclasında: "Mövcud təhdid və çağırışların aradan qaldırılması..." - FOTOLAR
03-11-2023 [09:01]
Xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 10-cu iclasında çıxış edib.
Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, nazir Ceyhun Bayramov çıxışı zamanı TDT-yə üzv dövlətlərlə əlaqələrin bütün sahələrdə gücləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb.
O, ölkələrimiz arasında müxtəlif səviyyələrdə təmasların və səfərlərin, eləcə də bütün müstəvilərdə qarşılıqlı dəstəyin göstərilməsinin əməkdaşlığın inkişafına xidmət etdiyini diqqətə çatdırıb.
Mövcud təhdid və çağırışların aradan qaldırılması kontekstində yaranacaq yeni beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasında Türk birliyinin əhəmiyyətli rol oynayacağı vurğulanıb.
TDT-yə üzv və müşahidəçi dövlətlərin beynəlxalq nüfuzunun və iqtisadi potensialının artması ilə yanaşı 2009-cu il Naxçıvan Zirvə Görüşündən etibarən TDT-nin beynəlxalq müstəvidə önəminin də artdığı qeyd edilib.
Bununla yanaşı, TDT ilə əlaqəli fəaliyyət göstərən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Türk İnvestisiya Fondunun fəaliyyətlərinə də Azərbaycan tərəfindən xüsusi önəm verildiyi vurğulanıb.
Nazir Ceyhun Bayramov öz nitqində, Azərbaycan Respublikası Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşündəki çıxışının əsasında nəqliyyat məsələlərinin dayandığını, ölkələrimiz arasında münasibətlərin nəqliyyat və kommunikasiya sahəsində daha effektiv inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Bu xüsusda, regionda yaranmış yeni fürsətlərin düzgün istifadəsinin böyük nailiyyətlərin əldə olunmasına xidmət edəcəyini bildirib.
Onuncu Zirvə Görüşünün “TURKTIME! – Ənənələr, Birləşmə, İslahatlar, Bilik, İnam, Sərmayələr və Qarşılıqlı Enerji!” mövzusunun bugünkü reallığa uyğun seçildiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçid prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, həmçinin tarif məsələlərini əlaqələndirməklə nizamlanması istiqamətində təsirli birgə tədbirlərin görülməsinin önəmi diqqətə çatdırılıb.
Nazir, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun yaradılmasının Orta dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi ilə yanaşı ümumilikdə ölkələrimizin tranzit potensialının tam şəkildə reallaşmasına töhfə verəcəyini vurğulayıb.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub