İranın Türkiyə planı ABŞ-ı qorxuya saldı – Blinkeni təcili Ankaraya gətirən şok səbəb
02-11-2023 [14:18]
Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi brifinqdə deyib ki, İran Prezidenti İbrahim Rəisi yaxın vaxtlarda Ankaraya səfər edəcək.
“Oktyabrın 7-dən etibarən İranla sıx diplomatik əlaqədəyik. Biz ədalətli davranmağı hədəfləyirik. Ukraynaya ayrı, Fələstinə ayrı münasibət ola bilməz”, – H.Fidan bildirib.
HƏMAS-İsrail müharibəsi İranın Türkiyə ilə bağlı planlarını gerçəkləşdirmək üçün münbit şərait yaratdı. Məsələ ondadır ki, HƏMAS-İsrail müharibəsinə qədər Türkiyə-İsrail münasibətələrində ciddi normallaşma baş verirdi. Bu normallaşma ən çox İranı narahat edirdi.
Ankara-Təl-Əviv münasibətlərinin davamlı gərgin olması, habelə Türkiyədə siyasi islamçılığın daha da radikallaşması Tehran üçün prioritetdir. Düzdür, Türkiyə əvvəlcə HƏMAS-İsrail müharibəsinə səssiz qalıb neytrallıq nümayiş etdirmək istəsə də, daxili auditoriyanın artan tələbləri və etirazları mövcud AKP iqtidarını Qəzzaya dəstək vermək, habelə Təl-Əvivi tənqid etməyə məcbur etdi. Burada təbii faktorları da qeyd etmək lazımdır. Qəzzadakı xəstəxananın vurulması buna misal ola bilər.
Fidanın “oktyabr ayının 7-dən etibarən İranla sıx diplomatik əlaqədəyik” sözləri xüsusilə diqqət çəkir. Məsələ ondadır ki, 7 oktyabr tarixi HƏMAS-ın İsrailə hücum etdiyi tarixdir. Türkiyənin bu tarixdən İranla diplomatik təmas qurması ondan xəbər verir ki, İran prosesin pərdəarxasındakı əsas aktordur. İstisna deyil ki, Ankara Tehranın HƏMAS-ı İsrailə hücuma sövq edəcəyini bilib. Sadəcə, görünür, MOSSAD kimi MİT də prosesdən gec xəbər tutub və Ankaranın prosesin qarşısını almaq cəhdi baş tutmayıb.
Ümumiyyətlə, İran son illərdə Türkiyədə çox ciddi dəstəkçi toplamağı bacarıb. Hətta HÜDA Par-ın (Hür Dava Partiyası) üzərindən siyasi güc belə əldə etməyi bacarıb. Nəzərə alsaq ki, HÜDA Par “Türkiyənin Hizbullahı” adlanır və Hizbullahı da İran dəstəkləyir. Belə olan halda Tehranın Türkiyə siyasətinə müdaxilə imkanlarının olduğu məlum olur.
İranın Türkiyə üçün yaratdığı ən ciddi risk isə Anadoluda artan şiə təbliğatıdır. Anadolu türkləri hər zaman şiəliyə simpatiya bəsləyib. Son illərdə isə bu simpatiya özünü məzhəb dəyişiminə çevirib.
Türkiyədə siyasi islamçılığın güclü olması, Qüds, Qəzza məsələlərinin siyasi ritorikalarda tez-tez dilə gətirilməsi İranın əl-qolunu açır. Mövcud AKP iqtidarının dəstəkçilərində daha çox sağ mühafizəkar olması və əsasən dini inanclı kütlədən təşkil edilməsi də Türkiyənin İsrail-HƏMAS arasında balansı qoruya bilməməsinə gətirib çıxaran əsas məqamdır. İran isə bundan çox yaxşı istifadə edir.
Öncə İran XİN başçısı Hüseyn Əmir Abdullahianın Türkiyəyə səfər etməsi, habelə Prezident İbrahim Rəisinin yaxın vaxtlarda Türkiyəyə səfər etməsi Tehranın İsrailin Qəzzaya başlatdığı quru əməliyyatlarından Türkiyə-İsrail münasibətlərini pozmaq üçün istifadə edəcəyini göstərir.
İndiki məqamda diqqətçəkən digər bir məqam isə ABŞ Dövlət katibi Entoni Blinkenin 2-10 noyabr tarixlərində regiona baş tutacaq səfəridir. Səfər çərçivəsində o, İsrail, İordaniya, Yaponiya, Cənubi Koreya və Hindistana səfər edəcək. Blinkenin noyabrın 5-də Türkiyəyə də səfər edəcəyi gözlənilir.
Onun Türkiyə səfəri mövcud İsrail-HƏMAS müharibəsi, Türkiyənin məsələyə mövqeyi və İranın Ankaranı prosesə çəkmək cəhdləri ilə bağlı ola bilər. ABŞ Türkiyənin bu məsələdə tərəfli mövqe sərgiləməsini istəmir. Çünki Türkiyə Vaşinqton üçün İsrail-Fələstin danışıqlarının aparılması baxımdan ideal ölkədir. Bu neytrallığın pozulması Vaşinqton üçün arzuedilən deyil.
Turan Rzayev
MİA.AZ
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub