“Azərbaycan Ermənistandan 3 şey alacaq” - Daşnak yazar Bakının yeni tələblərindən yazıb
01-11-2023 [12:58]
Daşnakların mətbuat orqanı olan “armenianweekly” saytında Dr. Benyamin Poqosyanın “Azerbaijan’s new shopping list” (Azərbaycanın yeni alış-veriş siyahısı) adlı məqalə ilə çıxış edib.
Bu məqalədə diqqət çəkən bəzi məqamlara toxunacağıq.
Müəllif deyir ki, Azərbaycan tərəfi dünyada gedən siyasi proseslərdə balaca bir boşluq yaranan kimi, hərəkətə keçir: “2020-ci ildə 44 günlük müharibə zamanı da belə oldu, 2023-cü ildə-24 saatlıq müharibə zamanı da”.
Benyamin Poqosyan həyasızcasına bildirir ki, Azərbaycanın ermənilərə qarşı törətdiyi cinayətlərə dünya ictimaiyyəti adekvat reaksiya vermir. Yazır ki, buna görə də Azərbaycan Ermənistana qarşı yeritdiyi aqressiv siyasəti davam etdirəcək.
“Azərbaycanın yeni alış-veriş siyahısı” dedikdə müəllif yaxın gələcəkdə Azərbaycanın Ermənistana qarşı ata biləcəyi addımları nəzərdə tutur.
Müəllif yazır:
“Birinci məsələ odur ki, Nikol Paşinyan Azərbaycan ərazisini Alma-Ata sənədinə əsasən 86,600 kv.km kimi tanıyır. Bu isə o deməkdir ki, hazırda Ermənistanın nəzarətində olan Azərbaycan anklavları (söhbət 7+1 kənddən gedir) geri qaytarılmalıdır. Ümumi sahəsi 109 kv.km olan bu kəndləri Ermənistan könüllü şəkildə geri verməsə, Azərbaycan hərbi əməliyyata əl ata bilər.
İkinci məsələ "Zəngəzur dəhlizi” məsələsidir. Ermənistan bu məsələyə razılıq verməsə, Azərbaycan hərbi əməliyyata başlaya bilər.
Üçüncü məsələ isə “Qərbi Azərbaycan” konsepsiyasıdır. Hətta ermənilər Qarabağı tərk etdikdən sonra da Azərbaycan bu konsepsiyadan imtina etməyib. Əksinə, “Qərbi Azərbaycan” məsələsi getdikcə daha çox gündəmə daşınır”.
Daşnak yazarın fikrincə, Azərbaycan öncə Ermənistanda qalan anklavlarını geri almağa çalışacaq. Çünki bu ərazilərlə bağlı müəyyən qanuni əsaslara malikdir. Ona görə də bu məsələ ilə bağlı keçirilə biləcək hərbi əməliyyata elə bir beynəlxalq təpki olmayacaq.
Müəllif onu da vurğulayır ki, Azərbaycan sadalanan bu 3 məsələni öz xeyrinə həll etmək üçün yenə də dünyada gedən siyasi proseslərdən yarana biləcək növbəti boşluğu-pəncərəni gözləyəcək. Fürsət yaranan kimi hərəkətə keçəcək.
Bu arada isə Ermənistanın gündəlik “Hraparak” saytı yazır ki, Nikol Paşinyan yaxın ətrafına deyib ki, o, 2020-ci ilin 9 noyabrında imzalanmış Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsindən imtina etmək fikrindədir.
9-cu maddədə belə deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.
Elə bu səbəbdən də Ermənistan Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılır. Bu bölmə bölgədə yük daşınmalarına nəzarət edəcək...
Bu, Rusiya üçün nə deməkdir?
Yəni Rusiya Zəngəzurdan keçəcək yola nəzarət etməyəcək.
Bəs Azərbaycan üçün nə deməkdir?
Yəni Zəngəzur dəhliz kimi yox, adi kommunikasiya xətti kimi çalışacaq. Həmin kommunikasiya da Ermənistanın nəzarəti altında olacaq...
Rusiya və Azərbaycan, mən hələ Türkiyəni demirəm, bununla razılaşacaqmı? Əlbəttə, yox. Bu isə o deməkdir ki, hərbi müstəvidə gərginlik davam edəcək...
Nikol Paşinyanın bu demarşı da daşnak yazarın nə qədər haqlı olduğunu göstərir. Ona görə də Azərbaycan ipə-sapa yatmaq istəməyən Ermənistanı ram etmək üçün əlinə düşən ilk fürsətdən maksimum şəkildə istifadə edəcək. Ermənistan isə itirə-itirə getməli olacaq.
Görünən odur ki, Qarabağdakı biabırçı məğlubiyyət də erməniləri ağıllandırmayıb...
Elbəyi Həsənli
MİA.AZ
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub