Ermənistanla Azərbaycan arasında davamlı sülh ola bilərmi? - Rusiya və Qərb arxa planda
31-10-2023 [15:04]
Qərbə bağlı “carnegieendowment.org” saytında Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi Kirill Krivosheev “Can There Be Lasting Peace Between Armenia and Azerbaijan?” (Ermənistanla Azərbaycan arasında davamlı sülh ola bilərmi?) adlı məqalə ilə çıxış edib.
Müəllif yazır ki, keçən ay Azərbaycan uzun müddətdir mübahisəli etnik erməni anklavı olan Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçirmək üçün güc tətbiq edib, demək olar ki, Qarabağın bütün erməni əhalisini öz yurdundan didərgin salıb.
Belə görünə bilər ki, onların ölkəni tərk etməsi Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinə zəmin yaradıb: axı, ermənilərin regionda mövcudluğu artıq siyasi faktor deyilsə, mübahisə etməyə elə bir səbəb qalıbmı? Lakin iki ölkə arasında münaqişənin yeganə mənbəyi Qarabağ deyildi. Bunun arxasında başqa ərazi mübahisələri də dayanır.
Sentyabrda baş tutan bir günlük müharibədən əvvəl sazişin Rusiya və ya Qərbin şərtləri ilə imzalanması ilə bağlı müzakirələr gedirdi. İndi aydın görünür ki, hər iki variant ortadan qalxıb. Əvəzində Azərbaycan öz şərtlərini müəyyən edəcək və müqavilənin harada imzalanacağına qərar verəcək.
Bu ay Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev sülh sazişi üzrə danışıqlar aparmaq üçün iki fürsəti əldən verdi. Birincisi, Avropa liderlərinin oktyabrın 5-də İspaniyada keçirilən sammitində Paşinyan və Əliyevin bir günlük müharibədən sonra ilk dəfə görüşəcəyi gözlənilirdi.
Əliyev və Paşinyan bundan əvvəl iki dəfə sammitdə, hər ikisi Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə görüşüb. Lakin bu dəfə İlham Əliyev İspaniya getməkdən imtina etdi. Makronun ermənipərəst ritorikası onu Bakı üçün arzuolunmaz vasitəçiyə çevirib. Bu imtina həm də bir günlük müharibədən sonra Ermənistanı silahla təmin etməyi müzakirə edən Fransa hökumətinə qarşı İlham Əliyevin demarşı idi.
Ancaq İlham Əliyevin imtinası Paşinyanın İspaniyaya getməsinə və Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyannamə imzalamasına mane olmadı. O, ötən il Praqada Əliyevin iştirakı ilə oxşar sənəd imzalamışdı, lakin bu dəfə mətndə Azərbaycanın ərazisi 86 min 600 kvadrat kilometr göstərilib: başqa sözlə, bura təkcə Qarabağ deyil, sovet dövründə mövcud olan digər Azərbaycan anklavları da (7+1 kəndlər nəzərdə tutulur) daxildir.
Bir neçə gün sonra Qırğızıstanın paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyinin sammitində rollar dəyişdi: İlham Əliyev sammitdə iştirak etdi, Paşinyan isə tədbirə qatılmadı.
Ermənistanın xarici işlər naziri də həmkarları ilə görüşdə iştirak etmədi, o, öz yerinə tədbirə müavinin göndərdi. Bu, Ermənistan və Azərbaycanın yüksək səviyyəli diplomatları arasında görüş təşkil etməyi planlaşdıran Moskvaya qarşı hörmətsizlik idi. Bu görüş Azərbaycanın maraqlarından daha çox Rusiyanın marağında idi. Lakin İlham Əliyev Ermənistanı bir daha sülh sazişini sabotaj etməkdə ittiham etmək üçün daha bir arqument qazandı.
Müəllif bir daha vurğulayır ki, gələcək sülh müqaviləsinin mahiyyəti artıq 19 sentyabr hadisələri ilə müəyyənləşib. Qarabağın statusu uzun müddətdir ki, Rusiya və Qərb vasitəçiləri arasında mübahisə doğururdu - artıq bu mövzusu gündəmdən çıxıb.
Ermənilərin hesablamalarına görə, Qarabağda cəmi 40-a yaxın erməni qalıb. Bu arada Bakı bildirir ki, 98 erməni onların Azərbaycana inteqrasiyasını təmin edəcək sənədlər üçün müraciət edib.
Qərb Azərbaycanı güc tətbiq etdiyinə görə tənqid etməkdə davam edir və ermənilərin öz evlərinə qayıtmaq hüququnda israrlıdır. Amma Bakı vəziyyətə nəzarət edir və hansı vasitəçini bəyənirsə, onu seçə bilər.
Müqavilənin Rusiya və Qərb layihələri əvəzinə, harada imzalanmasından asılı olmayaraq, indi yalnız bir - Azərbaycan layihəsi ortadadır. Qafqaz regionunun suverenliyini təsdiq edərək və kənar oyunçuların təsirini məhdudlaşdırmaqla qonşu Gürcüstanda Ermənistan-Azərbaycan sazişinin imzalanması da mümkün görünür.
Digər sual isə Qarabağdakı Rusiya sülhməramlılarının taleyi ilə bağlıdır. Onlar hazırda bir-birinin ardınca zastavalarını bağlayırlar. Bişkekdə Vladimir Putin Rusiya sülhməramlılarının hələ də Qarabağda qala biləcəyini bildirib. Amma Bakının niyə belə bir güzəştə razı olduğu bəlli deyil. Paşinyan isə Ermənistanın Qarabağdan çıxacaq sülhməramlıları öz ərazisində qəbul etməyəcəyini bildirib.
İki ölkə liderləri artıq iki görüş fürsətini əldən versələr də, Paşinyan hələ də ilin sonuna qədər sazişin imzalanması ehtimalını 70 faiz səviyyəsində qiymətləndirir.
Ən azı sərhəddə toqquşma ehtimalını azaltmaq üçün Ermənistan belə bir müqavilə imzalamalıdır, lakin bunun nə dərəcədə problemin həllinə kömək edəcəyi bəlli deyil. Hər iki tərəf bilir ki, Ermənistan-Azərbaycan sərhədində son atəş hələ açılmayıb. Bakı Ermənistan, Türkiyə və İranla həmsərhəd olan Naxçıvanı Azərbaycanın qalan hissəsi ilə birləşdirməkdə israrlıdır. Hələlik Bakının bu məqsədlə genişmiqyaslı hərbi əməliyyat həyata keçirməsi ehtimalı azdır, lakin atışmalar eskalasiyaya və Ermənistanın növbəti güzəştlərinə səbəb ola bilər.
Güzəştlər təkcə Naxçıvanla bağlı lazım olmayacaq. Sovet dövründə Ermənistanda səkkiz Azərbaycan anklavı, Azərbaycanda isə cəmi bir erməni anklavı var idi. Beləliklə, sadə bir mübadilə mümkün deyil. Üstəlik, Azərbaycan Yuxarı Əskipara və Bərxudarlı anklavlarına nəzarəti ələ keçirsə, Yerevan-Tbilisi yolunu kəsmək iqtidarında olacaq. Buna görə də qarşıda hələ çoxlu problemlər var...
Bakı-Naxçıvan dəhlizinin necə və kimlər tərəfindən istismar olunacağı da bəlli deyil. 2020-ci ildəki Azərbaycan-Ermənistan müharibəsindən sonra Rusiya, Ermənistan və Azərbaycanın birgə bəyanatına əsasən, dəhlizə Rusiya sərhədçiləri nəzarət edəcək.
Amma indi Rusiya sülhməramlılarının Qarabağdan çıxarıldığı bir vaxtda bu, mümkün deyil. İrəvanla Moskva arasında münasibətlər ən aşağı səviyyədədir. Bakı da bundan istifadə edərək daha çox öz iradəsini diktə edir.
Bu məsələlərin həlli illər çəkəcək və regionda güc dinamikasının dəyişməsindən asılı olacaq proseslər inkişaf edəcək. Hələlik Azərbaycanla situasiyanı daha da gərginləşməkdən çəkindirən elementar sülh müqaviləsinin imzalanması Ermənistan üçün yaxşı nəticə olardı. Bakı bunu bilir və buna görə də hər hansı bir sənədi imzalamazdan əvvəl vəziyyətdən maksimum dərəcədə yararlanmağa-meyvənin son damla şirəsinə qədər sıxmağa çalışır.
Bakıda yeni eskalasiya üçün bütün vasitələr var. Bunlardan biri “Qərbi Azərbaycan” iddiasıdır (Sovet dönəmində Ermənistanın həmin bölgəsində azərbaycanlılar yaşayıb). Bu məsələ dövlət mediasında və İlham Əliyevin çıxışlarında getdikcə daha çox yer alır. Ermənistanın Azərbaycana yeganə təsir rıçaqı xarici dəstəkçilərdən ibarətdir, Azərbaycanın Ermənistana təsir rıçaqı isə bölgədə mövcud olan qüvvələr nisbətinin birincinin xeyrinə ağırlığındadır...
Elbəyi Həsənli,
MİA.AZ
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub