Bakı məktəblərinə direktor təyinatı və ya... - Deputat elə faktlar açdı ki...

img

30-10-2023 [21:03]


"Elm və Təhsil Nazirliyi “Təhsilin İnkişafı Forumu 2023: Təhsildən tərəqqiyə” adlı Forum keçirir. Maraqlı ad düşünüblər. Teatr afişasına oxşayır...".

Mia.az xəbər verir ki, bu sözləri deputat Etibar Əliyev sosial media hesabında yazıb.

Onun sözlərinə görə, məktəbəqədər və orta təhsil sistemi tənəzzül içindədir:

ETİBAR ƏLİYEV

"Yuxarı sinif şagirdləri demək olar ki, dərsə getmirlər. Abituriyentlərin yarısına qədəri müxtəlif ixtisas qrupları üzrə 0-150 bal toplayır. Bunun adı funksional savadsızlıqdır. Ali təhsil sistemi tənəzzül içindədir. Misal üçün, Böyük Britaniyanın "World University Ranking" nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet daxil olub. Türk Dövlətlərindən qlobal reytinqdə TOP-1000 siyahısına daxil olan universitetlər: 7-i Almatıda, 6-ı İstanbulda, 4-ü Ankarada".

Deputat deyib ki, məmləkətimizin 1 Universiteti belə TOP-1000 siyahısına düşməyib:

EMİN ƏMRULLAYEV

"Geriləmələr isə davam etməkdədir. Universitetlərin hər birində 1 kafedralıq yaxşı müəllim yoxdur. Proqramlar çağımızın tələblərinə cavab vermir. Dərsliklər yox səviyyəsindədir. Məncə, Elm və Təhsil Nazirliyi Forumun adını “Təhsildən tənəzzülə” adlandırsaydı, daha yaxşı olardı. Tərəqqini izah etmək çox çətindir. Tənəzzülə dair isə saatlarla söhbətlər aparmaq olar".

MEHRİBAN VƏLYEVA

E.Əlyev sonda fikrini belə tamamlayıb: "Maraqlı bir mövzu təklif edərdim. Bakı şəhəri məktəblərinə direktor təyinatının Fuad Babayev təcrübəsi: ontoloji və materialist yanaşma…".

Xatırladaq ki, 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunan Mehriban Vəliyeva bu ilin oktyabrın 6-da vəzifəsindən azad olunaraq, Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilib.

Mia.az-ın əldə etdiyi məlumata görə, yaxın həftələrdə Bakı Şəhər Təhsil İdarəsində (BŞTİ) çox ciddi kadr dəyişiklikləri həyata keçiriləcək.

İddiaya görə, BŞTİ-nin mətbuat katibi Bəşarət Məmmədov, Ümumi təhsilin təşkili sektorunun müdiri Fuad Babayev, Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Səccət Mahmudov, o cümlədən 4 müavindən 3-ü vəzifələrindən uzaqlaşdırılacaq: 

"Sizi əmin edirəm ki, BŞTİ-də nəinki kadrlar, hətta idarəetmə üslubu belə dəyişəcək. Çox yaxın vaxtlarda idarəyə yeni müdir təyinatı da həyata keçiriləcək və həmin şəxsin qarşısına görəcəyi və "vuracağı" məmurların siyahısı qoyulacaq...".

Məlumatda o da deyilir ki, M.Vəliyeva vəzifəsindən su-istifadə edərək, Bakıda ən azı 25 orta məktəbə yaxın qohumlarını direktor təyin etdirib: "Əlbəttə, bu cür təyinat və şəbəkələşmədə BŞTİ-nin yuxarıda adıçəkilən vəzifəli şəxsləri də Mehriban Vəliyevadan geri qalmayıblar. Onlar da özlərinə yaxın xeyli yaxınlarının məktəblərdəki "üstün mövqeyi"ni möhkəmləndiriblər...".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq