Hacıyevin Zəngəzur dəhlizi mesajı: Bakının dahiyanə qambit gedişi – TƏHLİL
26-10-2023 [14:56]
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrinə müsahibə verib.
Müsahibədə H.Hacıyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri xüsusi diqqət çəkir. O deyib ki, “Tərəflər Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gələ bilmədikdən sonra layihə bizim üçün cəlbediciliyini itirib”.
Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqları çərçivəsində tərəflərin uzlaşa bilmədiyi, fikir ayrılığı yaşadığı bir sıra mövzular var. Onlardan biri, bəlkə də ən önəmlisi Zəngəzur dəhlizidir. Belə ki, rəsmi Bakı məsələnin 10 Noyabr bəyanatında göstərildiyi kimi, maneəsiz hərəkət prinsipi ilə həll edilməsini istəsə də, İrəvan yol prinsipi ilə həllində israrlıdır. H.Hacıyevin sözlərindən belə nəticəyə gəlmək olar ki, tərəflər bu məsələdə uzlaşma əldə edə bilməyiblər. Buna görə də Azərbaycan alternativləri nəzərdən keçirir.
Söhbət İran ərazisindən keçəcək yoldan gedir. H.Hacıyev dünənki müsahibəsində bildirib ki, “Biz bunu İranla yerinə yetirə bilərik”. O qeyd edib ki, Tehranla razılaşma çərçivəsində Azərbaycan qonşu ölkədən keçən yeni yol xəttinin təməlini qoydu.
Rəsmi Bakı oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrakstrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimini keçirdi. Artıq tikinti işlərinə də başlanılıb. Həmin tədbirdə Baş nazirin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş iştirak ediblər.
H.Hacıyevin dediklərindən belə nəticəyə gəlmək olar ki, Azərbaycan Ermənistanla kommunikasiya və nəqliyyat yollarının açılması məsələsindən tam imtina etməyib. Sadəcə, bu istiqamətdə Ermənistanla uzlaşma əldə edilmədiyi üçün rəsmi İrəvana “yumşaq güc” siyasətinə keçid alınıb.
Azərbaycan İran ərazisindən keçəcək yolla Naxçıvana hərəkəti bərpa edəcək. Bu məsafəni qısaldacağı kimi bölgənin tranzit imkanlarını da artıracaq. Rəsmi Bakı gələcəkdə Tehranla həmin ərazidən yeni boru kəmərlərini də çəkə bilər.
Azərbaycan bununla bir daha Ermənistandan asılı olmadığını, nəzərdə tutulan layihələri İranla da icra edə biləcəyini göstərir. Lakin H.Hacıyev müsahibəsində həm də gələcək üçün nikbin danışır. Xüsusilə onun “bununla belə, ümidlər var ki, nəqliyyat əlaqəsi sülh müqaviləsi üzrə irəliləyişin bir hissəsi kimi bərpa oluna bilər, lakin Azərbaycana “ekstraritorial” güzəştlər olmadan Ermənistanın sərhəd nəzarətindən yan keçməyə imkan verəcək” sözləri bunu deməyə əsas verir.
Hikmət Hacıyev faktiki olaraq topu Ermənistanın üzərinə atır və deyir ki, biz İranla saziş imzalayır, yol çəkirik, lakin İran ərazisini işğal etmirik. Kommunikasiyaların açılması, nəqliyyatın bərpası rəsmi Bakının Zəngəzuru işğal edəcəyi mənasına gəlmir.
H.Hacıyev müsahibəsi zamanı açıq şəkildə bildirdi ki, Azərbaycanın Zəngəzuru ələ keçirmək planı yoxdur. İrəvanın Zəngəzur məsələsinə isti baxmamasının bir səbəbi də başda Fransa olmaqla Qərbin yalan və uydurma dezinformasiyalarına inanmasıdır. Xüsusilə son günlər “Azərbaycan Ermənistanla sərhəddə ordu cəmləyir, Zəngəzurda əməliyyata hazırlaşır” kimi absurd fikirlər Ermənistan ictimaiyyətində və siyasi elita daxilində ciddi narahatlıq yaradıb. Hacıyevin indiki məqamda verdiyi bu açıqlama prinsip etibarilə Ermənistandakı neqativ atmosferi aradan qaldıra bilər.
Nəticə etibarilə Azərbaycan İranla yolun çəkilməsi istiqamətində razılıq əldə etsə də, Zəngəzur variantından imtina etmir. Ümumiyyətlə, Bakının əsas hədəfi hər iki yolu da açmaqdır. Məsələ ondadır ki, iki yoldan birinin açılması gələcəkdə ehtimal İran-Azərbaycan və ya Ermənistan-Azərbaycan gərginliyinin yaranması fonunda təzyiq əlamətinə çevrilə bilər. Halbuki hər iki yol açılsa, rəsmi Bakının əli güclənər.
Hesab edirəm, məhz buna görə H.Hacıyev nikbin danışır və yolun gələcəkdə açıla biləcəyinə dair həm Ermənistana, həm də Azərbaycan ictimaiyyətinə müsbət siqnallar verir.
Turan Rzayev
MİA.AZ
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub