Saakaşvilinin Zəngəzur təklifinin arxasındakı mübhəm: Onu kim danışdırır? – Təhlil
25-10-2023 [15:18]
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ötəngünkü paylaşımı diqqət çəkir.
Saakaşvili Azərbaycan və Ermənistan liderlərinə müraciət edərək bildirib ki, “biz hazırda Cənubi Qafqazda, xüsusən də Azərbaycanın Naxçıvana birbaşa çıxış əldə edəcəyi dəhlizlə bağlı potensial hərbi qarşıdurma təhlükəsi ilə üz-üzəyik”.
O, deyib: “Moskva Azərbaycanla Ermənistan arasında yeni hərbi münaqişənin qızışdırılmasında, regiona öz ordusunun daha çox hissəsini yerləşdirməkdə maraqlıdır”.
Mixail Saakaşvilinin yanaşması və səsləndirdiyi fikirlər əsassızdır. Ümumiyyətlə o, fikirlərini səsləndirərkən konkret dəlil, sübut, ya da fakt göstərmir. Bu da onun dediklərini sadəcə əsassız iddia edir.
Əvvəla ona görə ki, Azərbaycanın Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərinə heç bir iddiası yoxdur. Bunu Prezident İlham Əliyev də çıxışlarında bir neçə dəfə açıq şəkildə bildirib.
Rəsmi Bakı 10 noyabr bəyanatında qeyd edilən kommunikasiya və nəqliyyat xətlərinin açılması, habelə maneəsiz hərəkətin təmini məsələsini Ermənistandan tələb edir. Lakin bu heç bir halda Azərbaycanın Ermənistana qarşı ərazi iddiası və ya hərbi gərginlik başlatmaq niyyətində olduğuna dəlalət etmir.
Elə isə sual yaranır: Mixail Saakaşvilinin indiki məqamda belə bir açıqlama verməsinin səbəbi nədir?
Saakaşvilinin dediklərinə diqqətli baxdıqda onun öz subyektiv yanaşması və ya fikirləri olmadığı aydın şəkildə görünür. Xüsusilə də Azərbaycanın guya “Ermənistan ərazisinə” iddiası və müharibə təhlükəsi haqda dedikləri konkret tezislərdir. Tezislərin Qərbdən gəldiyi isə açıq şəkildə görünür. Müqayisə üçün deyim ki, bir müddət öncə “Politiko” nəşri yazırdı ki, ABŞ Dövlət katibi Antoni Blinken Konqresin bir qrup nümayəndəsinə xəbərdarlıq edib ki, onun ofisi Azərbaycanın Ermənistana qaçılmaz müdaxiləsi ehtimalını izləyir.
Blinken sonradan bu məlumatın doğru olmadığını bildirsə də Fransa, Almaniya başda olmaqla əksər Qərb ölkələrinin rəsmiləri, habelə media orqanlarında da geniş şəkildə müzakirə edildi və edilməkdə davam edir.
Bu mənada indi də Saakaşvilinin belə bir iddia ilə çıxış etməsi, bu istiqamətdə Qərbin apardığı propaqandanın və qara PR-ın davam etdiyini göstərir.
Zəngəzur və “Saakaşvili variantı”
Saakaşvili Zəngəzur dəhlizi məsələsinin də fərqli şəkildə icra edilə biləcəyini deyib: “Əslində, dünyada bənzər məsələnin həlli ilə bağlı daha ağrısız və müsbət nümunələr var. Onlardan biri də Moldova ilə Ukrayna arasındakı yol icrası müqaviləsidir. Mən Odessa qubernatoru olanda buradan Dunay bölgəsinə gedirdim. Magistralın qalan hissəsini əsaslı şəkildə yeniləmişəm. Moldova bu yolu icarəyə götürməklə böyük iqtisadi gəlir əldə edirdi”.
Saakaşvilinin təklifi diqqət çəksə də icrası istiqamətində bir çox suallar yaradır:
Birincisi, Zəngəzura dair məsələ onsuz da 10 noyabr bəyanatında öz əksini tapıb. Saakaşvilinin təklif etdiyi variant bəyanatı təhrif edir.
İkincisi, Ermənistan ilə Azərbaycanın Zəngəzura yanaşması eyni deyil. Rəsmi İrəvan məsələnin yol prinsipi ilə, Bakı isə dəhliz prinsipi ilə həll edilməsini istəyir. Saakaşvilinin təklifi isə birbaşa Ermənistan maraqlarına uyğundur. Yəni məsələnin yol prinsipi ilə həll edilməsini təklif edir.
Üçüncüsü, rəsmi Bakı bu təkliflə razılaşsa belə müqavilənin neçə illik, hansı qiymətlərdə tənzimlənəcəyi məsələsi gündəmə gəlir. Onsuz da Ermənistanla həllini gözləyən kifayət qədər məsələ var ikən yeni problemli məsələlər yaratmaq prosesi uzatmaqdan başqa işə yaramayacaq.
Turan Rzayev
MİA.AZ
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub