Məhkəmə sədrinin oğlunun məkanı ilə bağlı qalmaqal: kollegiya sədri tələbə yoldaşı olan hüquqşünası məhkəməyə verdi
20-10-2023 [13:55]
Azərbaycan Vəkillər Kollegiyası hüquqşünas Xalid Bağırovu məhkəməyə verib.
Səbəb hüquqşünasın Meydan TV-də dərc olunmuş “Hakim oğlunun idman-fitnes biznesi” araşdırmasında Vəkillər Kollegiyasının ünvanına səsləndirdiyi fikirlərdir.
Araşdırmada söhbət Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri olan Faiq Qasımovun oğluna məxsus, Azərbaycanın idman və fitnes sektorunda böyük paya sahib “Push30” şirkətindən gedir.
Yazıda həmçinin Adil Faiq oğlu Qasımovun xarici işlər nazirinin oğlu ilə bağlılığı da diqqətə çatdırılıb.
Qeyd olunub ki, ölkədəki böyük şirkətlərlə yanaşı, Vəkillər Kollegiyası da “Push30”la müqavilə bağlayıb və bu səbəbdən kollegiyanın üzvləri endirimlərdən istifadə edir.
Xalid Bağırov isə Vəkillər Kollegiyasının müqavilə bağlamasını sorğulayır: “Vəkillər Kollegiyası bu müqaviləni necə bağlayıb? Vəkillər Kollegiyasının büdcəsi necə formalaşır? Əlbəttə ki, vəkillərin verdiyi ödənişlər hesabına formalaşan büdcəsi var. O zaman bu büdcə necə xərclənir? Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu pulları necə xərcləyir? Necə olur ki, vəsaitin harasa xərclənməsi ilə əlaqədar müqavilə bağlayır?”.
“Bazarda bu sahədə fəaliyyət göstərən digər şirkətlər var idimi? O şirkətlər arasında müsabiqə keçirildimi? Niyə müsabiqə keçirilmədən müqavilə bağlanılır? Bax bu sualların açıq qalması, bu məqam özü göstərir ki, Vəkillər Kollegiyasının büdcəsinin xərclənməsində şəffaflıq yoxdur”, – hüquqşünas fikrini tamamlayıb.
Xalid Bağırovun dediklərindən narazı qalan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Meydan TV əməkdaşı ilə əlaqə saxlayıb narazılığını bildirsə də, fikirlərinin dərc olunmasını istəməyib.
O, bunu Xalid Bağırovla münasibətlərinin gərginləşməməsi səbəbindən istəmədiyini deyib. Lakin kollegiyanın iki üzvü – Anar Qasımlı ilə Ruslan Mustafazadənin imzasıyla redaksiyaya göndərilmiş etiraz məktubu dərc olunub.
Həmin müraciətdə vəkillər Xalid Bağırovun ünvanına daha sərt təndiqlər səsləndiriblər.
Bundan sonra Vəkillər Kollegiyası Xalid Bağırovu məhkəməyə verib.
Kollegiya Meydan TV-nin yazısına görə Xalid Bağırovu məhkəməyə verərək iddia edir ki, hüquqşünas üzr istəsin, mətn də saytda “Təkzib” başlığı ilə yayılsın və Vəkillər Kollegiyasının hesabına 1000 (min) manat cərimə ödənilsin.
“Mən üzr istəyəcək heç bir fikir bildirməmişəm”, – Xalid Bağırov Meydan TV-yə deyib.
Hüquqşünas şikayətlə hələ tanış olmadığını, oxuduqdan sonra geniş cavab verəcəyini bildirib.
Xalid Bağırov 2014-cü ilin dekabrında Vəkillər Kollegiyasından çıxarılıb.
Onun sözlərinə görə, Vəkillər Kollegiyası səbəb kimi onun Şəki Apelyasiya Məhkəməsində çıxışını əsas gətirib və bildirib ki, o, dövlətçiliyə qarşı çıxış edib, vəkilliyi nüfuzdan salıb:
“Mən demişdim ki, Azərbaycanda ədalətli məhkəmə yoxdur, olsaydı belə qərar verilməzdi. Ona görə də vəkillikdən uzaqlaşdırılmağım sırf fəaliyyətimlə bağlıdır”.
2020-ci ildə Avropa Məhkəməsi hüquqşünasın hüquqlarının pozulmasını tanıyıb və Azərbaycan hökumətinin təzminat ödəməsinə dair qərarını açıqlayıb.
Bundan sonra da Xalid Bağırov Vəkillər Kollegiyasına bərpa edilməyib.
Adının açıqlanmasını istəməyən kollegiya üzvləri iddia edirlər ki, bu, sırf Anar Bağırovun istəyidir. Bu yolla vaxtilə tələbə yoldaşı olmuş Xalid Bağırovdan qisas alır.
Qisasa səbəb kimi tələbə olarkən hüquqşünasın ona yumruq vurması göstərilir. Lakin Xalid Bağırov bu barədə danışmaq istəmir.
Anar Bağırov isə Xalid Bağırovun kollegiyaya bərpası ilə bağlı sualları ətraflı cavablandırmır/meydanTV
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub