Azərbaycanla Ermənistan arasında anklav ərazilər problemi: necə həll olunacaq? - TƏHLİL
11-10-2023 [11:54]
Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində Azərbaycanla problemli məsələrdən biri olan anklav və eksklavlar məsələsinə toxunub.
O deyib ki, Azərbaycan 8 kənd məsələsini qaldırır, biz də öz növbəmizdə deyirik ki, bizim 8 kəndlə problemimiz var, çünki bizim həmin Tavuş rayonunda Azərbaycanın işğal etdiyi ərazilərimiz var.
“Anklavlar mövzusunun müzakirəsi sadə səbəbdən qaçılmazdır, çünki 29 800 kvadrat kilometr əraziyə Artsvaşen də (Başkənd – red.) daxildir. Kim anklavlardan danışırsa, masanın üstünə bu anklavların mövcudluğunun nəyə əsaslandığını göstərən xəritə qoysun. Bu, sadə sual deyil”, - o əlavə edib.
Aydındır ki, Anklav və eksklavlar məsələsi Ermənistanla Azərbaycan arasında həllini gözləyən əsas məsələrdəndir. Tərəflər bu məsələdə fərqli fikirlərə malikdirlər.
Rəsmi Bakı Qazax rayonunun Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Bağanıs Ayrım, Xeyrimli, Qızıl Hacılı və Sədərək, rayonunun Kərki kəndlərinin sülh prosesi çərçivəsində qaytarılmasını tələb edir.
Azərbaycan bu kəndləri Ermənistanın işğal prosesin bir parçası sayır.
Ermənistan tərəfi isə öz növbəsində yuxarıda qeyd edilən Tavuş rayonunun Ayqehovit(Uzuntala) Vazaşen(Lələkənd) Berkaber(Bibiş) Artsvaşen də (Başkənd) kəndlərini tələb edir.
Bakı və İrəvan arasında anklav eksklav probleminin həlini tapmaması tərəflərin ortaq məxrəcə gələ bilməməsi öz növbəsində başda sərhədlərin delimitasya və demarkasiyası olmaqla digər məsələlərində həllini gecikdirir.
Beynəlxalq təcrübəyə görə, anklav eksklavlar məsələsi iki cür həll edilir:
1. Ölkələrin qarşılıqlı şəkildə anklav və ekslavlardan imtina etməsi;
2. Ölkələrin qarşılıqlı şəkildə anklav və eksklavları mübadilə etməsi.
Prinsip etibarilə həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfi bir-birinin ərazi bütövlüyünü tanıdığını bilidirib. Yəni iki ölkə arasında əsas prinsipial məsələ həllini tapıb. İndiki məqamda bunun rəsmi sənəd kimi imzalanması lazımdır. Bu, həm də tərəflər arasında ilkin sülh sazişi kimi qiymətləndirilə bilər.
Əgər Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdığını bildirən sənədə qol çəksə sərhədlərin delimitasiya və demarkasiya məsələsi, habelə bunun tərkib hissəsi olan Ankalv və ekslavlar məsələsi də həllini tapa bilər.
Yəni 29 800 kvadrat kilometr ərazinə daxil olan anklav və eksklavlar Ermənistana, 86 600 kvadrat kilometr ərazinə daxil olan anklav və eksklavlar isə Azərbaycana qaytarıla bilər.
Turan Rzayev
MİA.AZ
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda