Dövlətə məxsus maşınlar satıldı  - Bu qiymətə

img

10-10-2023 [17:16]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirdiyi növbəti hərracda 26 nəqliyyat vasitəsi satılıb.

Mia.az xəbər verir ki, hərracda “Nissan Teana” markalı avtomobilin start qiyməti 6 500 manat olsa da, son təklif 16 500 manata yüksəlib. Start qiyməti 7 500 manat olan “Toyota Corolla” markalı nəqliyyat vasitəsi 14 000 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/36359i linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 17, 24 və 31 oktyabrda keçiriləcək. Həmin hərraclara 23 kiçik müəssisə, 2 yarımçıq tikili və 54 nəqliyyat vasitəsi çıxarılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq