Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mühüm yenilik: Beynəlxalq statusdan regional statusa – Təhlil
09-10-2023 [20:03]
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri kifayət qədər maraqlı məqamlar ilə yadda qaldı. Xüsusilə ölkə başçısının Tiflisdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatında dedikləri diqqət çəkir.
Prezident deyib ki, “bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsənəlbəttə biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik”.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, habelə sülh prosesi 3 əsas formatda müzakirə edilir: Brüssel, Vaşinqton və Moskva. Rəsmi Bakı nə formatların çoxluğundan, nə də keçirilən görüşlərdən narazı deyil. Onsuz da narazı olduğu məqamlarda bunu açıq şəkildə bildirir.
Bakını narazı salan əsas məqam Prezidentin də dediyi kimi birtərəfli və qərəzli yanaşmaların sərgilənməməsidir. Azərbaycan konstruktiv danışıqlardan yanadır.
Bundan başqa ölkə başçısı həm də qeyd edib ki, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq əlbəttə ki, Gürcüstan ola bilərdi.
“Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər” - dövlət başçısı qeyd edib.
Rəsmi Tiflis həm Bakıya, həm də İrəvana yaxındır. Siyasi-diplomatik baxımdan hər iki ölkə ilə xoş münasibətləri var. Bundan başqa Gürcüstanın yaxın keçmişdə həm əsir mübadiləsi, həm də minalanmış ərazilərin xəritələrinin verilməsi kimi məsələlərdə uğurlu vasitəçilik missiyası olub. Bu baxımdan Prezidentin təklifi məqbul və konstuktivdir.
Lakin burada əsas diqqətçəkən məqam ölkə başçısının verdiyi mesajdır. Məsələ ondadır ki, Gürcüstanın Brüssel, Vaşinqton və ya Moskva kimi geopolitik nüfuzu yoxdur. Burada diqqətçəkən məqam Gürcüstanın region ölkəsi olmasıdır. Prezident bu təkliflə Ermənistan-Azərbaycan danışıqlarının və ümumilikdə münaqişənin beynəlxalq statusdan regional statusa enməsini istəyir. Yəni bu məsələ Cənubi Qafqazın məsələsidir və həlli də Cənubi Qafqazda ən yaxşı halda region ölkələri ilə həll edilməlidir.
Bakının bu təklifinə digər region ölkələri İran, Rusiya, Türkiyə də müsbət baxacaq. Ermənistan hələlik təklif ilə bağlı mənfi və ya müsbət nəsə deməsə də demək olar ki, qeyd edilən ölkələr ayrı-ayrılıqda İrəvana təzyiq etsə gec-tez Ermənistan da Bakının təklifini qəbul etməli olacaq.
Turan Rzayev
MİA.AZ
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda