QHT sədri "gözünü yumub, ağzını açdı": "QHT Agentlyinin savadsız, səriştəsiz əməkdaşları..." - Nə baş verib?
07-10-2023 [12:32]
"Dünən bütün günüm QHT Agentlyinin savadsız, səriştəsiz əməkdaşlarının tərtib etdikləri qrant müqaviləsində buraxdıqları kobud səhvə görə həm fiziki, həm psixoloji gərginlik içində keçib. Soruşa bilərsiniz ki, bu nə səhvdir ki, bütün günüm ona sərf olunub?".
Mia.az xəbər verir ki, bu sözləri “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova sosial media hesabında yazıb.
O daha sonra qeyd edib ki, QHT Agentlyinin 21 iyun 2023-cü il tarixində onunla bağladığı qrant müqaviləsinin 5-ci, “Qrantın vəsaitinin təqdim edilmə qaydaları” bəndinin, 5.1. maddəsində təsbit edilib ki, qrant vəsaiti QHT-yə 2 dəfəyə (işin icrasından öncə 80 faiz, işin icrasından sonra isə 20 faiz) ödənilir:
"Lakin 5 -ci maddədə yazılmayıb ki, işin tamamlanmasına görə layihənin büdcəsinin möhkəmlənməsi üçün QHT tərəfindən layihənin 20 faizi banka mədaxil edilməlidir. Elə bu səhvin (bəlkə də səhv deyil, 20 faizlərin aylarla, hansısa öz xeyirlərinə sərf edilməsi səbəbindən bilərəkdən yazılmayıb) ucbatından dünən 3 dəfə ictimai birliyimizin müştərisi olduğu Yelo Bankın 11 saylı filialından adı çəkilən bankın baş ofisinə gedib, gəlmişəm. Orada rəhbərlikdən kimlərlə görüşməmişəm ki? Neçə dəfə hüquqşünaslar öz aralarında məsləhətləşmələr keçirsələr də, haralara zəng vursalar da, sonda büdcənin 20 faizini banka mədaxil etməyimə icazə vermədilər.
Hətta bankdan mənə müştəriləri olan bir QHT-nin də 15-20 gün bundan əvvəl QHT Agentliyinin qrant müsabiqəsində qalibi olduğu layihəsinin icrası zamanı eyni problemlə üzləşdiyini və bu günə kimi də öz həllini tapmadığını da bildirdilər. Mən etika xatirinə o QHT-nin adını yazmıram. Heç kimin də vəkili deyiləm. Hər kəs getsin, öz hüququnu müdafiə etsin!
Başa düşürəm, deyəcəksiniz ki, digər banklar QHT-lərin 20 faiz məsələsində heç bir problem çıxartmadan həmin məbləği mədaxil edirlər. Deyə bilmərəm, bəlkə onlar qrant müqaviləsinə diqqət yetirmədiklərindən.
Ancaq Yelo Bank məndən bu 20 faiz məbləği götürə bilməyəcəklərini qəti şəkildə bildirdi. Və əsaslandırdı ki, sizin QHT Agentliyi ilə bağladığınız qrant müqaviləsində bu barədə nəinki bir maddə, hətta bir kəlimə belə yoxdur. Orada yazılmayıb ki, QHT hər hansısa məbləği banka mədaxil etməlidir.
Görəsən, hansı məqsəddən Agentlik belə bir maddə və ya yarımmaddəni qeyd etməyib? Əgər qanunidirsə, yazaydınız da. Bizi indi niyə belə çıxılmaz vəziyyətə salmısınız? Mən 20 faizi mədaxil etməyə qarşı deyiləm. Lakin bank bunu israrla qəbul etmir.
QHT Agentliyi indi buyursun, ya qrant müqaviləsinə dəyişiklik etsin, həmin mədaxil madddəsini əlavə etsin, ya da Yelo Bankla özü məsələni hüquqi müstəvidə həll etsin!
Mən, QHT Agentliyinin icraçı direktorunun adına ərizə yazıb, “xahiş edirəm”,”mənə kömək edin” kimi ifadələr işlətməyəcəm. Çünki bu mənim səhvim deyil ki, xahiş edim, boynumu büküb, Agentliyin əməkdaşları qarşısında durum. Bu da bir həqiqətdir ki, mənə verilən məlumata görə, QHT Agentliyinin rəhbərliyi FB profilimə nəzarət üçün bir neçə əməkdaş səfərbər edib, onlar sanki mənim səhifəmdə oturublar. Belə olmasa idi “yeznə-qayın” kiberterror qrupu profilimə gündə neçə dəfə hücumlar etməzdi.
Öz istəklərini yerinə yetirmək üçün günahsız insanı ləkələməklə bağlı məkrli planlar qurmaqdan, bəzi özlərinə yaxın QHT-ləri səfərbər edib, haqqı müdafiə edənlərə qarşı çirkin oyunlar qurmaqdan, intriqalarla məşğul olmaqdan, VC-ni üz-üzə qoymaqdan, ilin, günün bu vaxtında 4 nəfər təcrübəli əməkdaşı işdən qovmaq üçün şər-böhtan planları cızmaqdansa, mükəmməl qrant müqaviləsi hazırlaya idilər.
Buyurub, buraxdıqları kobud səhvi düzəltsinlər ki, tez bir zamanda 20 faiz məbləği Yelo Banka mədaxil edə bilim. Vaxt çox azdır.
Sizdə belə bir sual da yarana bilər: nə üçün Agentliyin Müşahidə Şurasına qarşılaşdığım bu məsələnin həlli ilə bağlı müraciət etmirəm? MŞ-na müraciət etmək boş yerə vaxt itirməkdir. Nizamnaməyə görə guya kollegial orqan olan MŞ Agentliyə nəzarət edən üstqurumdur. Lakin məşum 26 may hadisəsindən sonra MŞ-nın heç bir səlahiyyəti olmadığının, icraçı direktorun əmrinə müntəzir olduğunun şahidi olduq.
Dəyərli həmkarlar, deyərsiniz ki, nə üçün PA-na, aidiyyəti əməkdaşlara müraciət etmirəm? Mənası yoxdur. Aylardır ki, PA-da QHT Agentliyinə nəzarət etməli olanlara göndərdiyim bir müraciətimə belə bü günə kimi nə yazılı, nə şifahi cavab verilməyib. Müraciət etmək boş yerə vaxt itirməkdir.
QHT Agentliyi zəhmət çəkib, təcili səhvini düzəltsin, onlara görə layihəmi yarımçıq qoya bilmərəm ki!.. Heç olmasa Agentliyin adına bir nəzər salsınlar. Orada QHT-lərə "Dövlət Dəstəyi" yazılıb, "Əngəli" yazılmayıb axı? Bu yalnız maddi dəstək deyil, həm də fəaliyyətimizə dəstək deməkdir. Siz isə öz işinin peşəkarı olan, təcrübəli, fəaliyyətləri ilə illərdən bəri dövlətə töhfələr verən QHT-lərin işlərinə nəyin bahasına olursa, olsun əngəl olmaqdan başqa bir işlə məşğul deyilsiniz!".
QHT sədri sonda belə bir qeyd paylaşıb: "Agentliyi haqlı yerə tənqid etdiyimə görə profilimə edilən hücumlarla bağlı sizin rəylərinizə cavab yaza bilməyəcərəm. Mən blokadadayam".
Tahir
MİA.AZ
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda