Zahid Oruc: ”Biz Koçaryanın birgəyaşayış mümkün deyil, şüarına zərbə vurmalıyıq” - VİDEO
06-10-2023 [16:20]
"Şərqin böyük mütəfəkkiri, dahi Üzeyir 100 il bundan əvvəl yazırdı: “Ey qafqazlılar, nəhayət, anlayın, birinizin evi yanırsa, ikinciniz sevinə bilməzsiniz”. Tarixdə erməni və azərbaycanlı davasının 3-cü dövlətllərin mənafelərinə xidmət etdiyini görən böyük dövlət adamı Nəriman Nərimanov nəinki azərbaycanlılar, eləcə də gürcülər və ermənilər içərisində nüfuzundan istifadə edərək Qafqazda daimi sülhə on illərini xərcləmişdi".
Mia.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc parlamentin bugünki iclasında deyib.
Onun sözlərinə görə, indi 45 günlük savaşdan sonra yeni - 4-cü Azərbaycan Respublikasını quran prezident İlham Əliyev nəinki sovet rəhbərləri - Lenin və Stalinin, eləcə də Rusiya imperiyasının bacarmadığı ədalətli tarixi reallığı formalaşdırıb: "30 illik işğaldan sonra 20 sentyabr müraciətində, Azərbaycan rəhbəri “uzaq paytaxtlar”a səslənərək, “əlinizi Qafqazdan çəkin” söylədi, gürcü və erməni xalqını də onların qatı millətçi, faşist təmayüllü qüvvələrindən ayırdı, xarici müstəmləkəçilərə qarşı bütün qafqazlı xalqların vahid lideri kimi çıxış etdi.
Bəli, müharibələr əbədi ola bilməz. Daimi militarizm ideologiyası ilə yaşamaq çox təhlükəlidir. Onda Qərb dövlətləri İrəvanda hərbi baza quracaqlar, adınca NATO bölgədə yerləşəcək və Qafqazı Əfqanıstana çevirəcəklər. Biz Koçaryanın birgəyaşayış mümkün deyil, şüarına zərbə vurmalıyıq".
Komitə sədri bildirib ki, ölkə rəhbəri, sadə erməni əhalisi ilə problemimiz yoxdur, deyir. Qalib dövlətin davranışı belə olur: "Ermənistan 90-cı illər qələbəsindən sonra millətimizi aşağıladığı üçün layiqli cəzasını aldı. Bizsə, sülh təklif edirik. Reinteqrasiya yalnız Xankəndinə yox, bütün Qaqfaza gərəkdir. Qərb üçün fərqi yoxdur, kim qalib gəlib, onlara daimi sarsıntılar gərəkdir.
Paşinyan son parlament saatında dedi ki, məğlublar gedib Boston və Parisdə özlərinə tərəfdar toplasınlar. Erməni baş nazir bununla əsrlərdir düşmənçiliiyə investisiya qoyan iki dövlətə - Amerika və Fransaya sığınan Daşnaksütunun daxildə dayaq tapa bilmədiyini ifşa elədi. Bəli, tarixdə ilk dəfədir, erməni kilsələrinin də vahidliyi pozulub, o cümlədən, Rusiya erməniləri Amerika və Fransada yaşayan soydaşlarından ayrılıblar, parçalanıblar və hətta Azərbaycanın mövqeyini müdafiə ediblər".
Zahid Oruc qeyd edib ki, belə tarixi fürsətdə dövlətimizin yüksək rəsmiləri Xankəndi və Xocavənddən evakuasiya edilən sakinləri geri qayıtmağa çağırıblar: "Biz cinayətkarlara cəza versək də,Qələbə üzərində birgəyaşayış qurmağa çalışırıq. Əks halda, həm Böyük Qayıdışa, həm də daimi müharibələrə dövlətin maliyyə və insan resursu çatmaz. Müqəddəs şəhidlərimizi uca tutaraq, qəhrəman ordumuzla qürur və fəxarət duyaraq, qan yaddaşımıza sadiq qalaraq, çoxmillətli bir dövlət kimi məzarlıqları deyil, kommunikasiyaları və yolları genişləndirmək, Qafqazda hamının dinclik tapdığı Vahid Evi tikməliyik. Son 100 ildə ermənilərin dünyada qurduğu soyıqırım infrastrukturunu söküb bölgəmizə sülh gətirən İlham Əliyevin çağırışı hamını xilas edir. Böyük Cavidin sözləri ilə desək, “kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur, yer üzünü”.
F.ƏHMƏD
MİA.AZ
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda