Mişel Paşinyanla görüşdən sonra azərbaycanlı jurnalistin "30 il hardaydınız?" sualından yayındı - Aİ və Paşinyan birgə bəyanat verdi
06-10-2023 [00:02]
Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Avropa Siyasi Birliyinin (AST) sammitinin keçirildiyi İspaniyanın Qranada şəhərində jurnalistlərin suallarını cavablandırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, mətbuat konfransında iştirak edən gAzərbaycan televiziyası İTV-nin müxbiri Fikrət Doluxanov Mişeldən belə sual verib: "Cənab Prezident, niyə 30 il yurdundna didərgin salınan 1 milyon azərbaycanlı üçün səssiz qaldı? Və nədən indi Erməınstan adına aktiv danışır? Sizcə, bundan sonra Avropa qərəzsiz vasitəçi ola bilərmi?".
Maraqlıdır k, Şarl ÇMişel sualın illk hissəsinəı cavab vermədən birbaşa vasitəçiliklə bağlı hissiyə keçib: "Bəli, Avropa İttifaqı qərəzsiz vasitəçidir. Çünki bizim gizli gündəmimiz yoxdur. Gündəmimiz açıq və konkretdir: regionda rifah, sabitlik, təhlükəsizlik və əlaqələrin normallaşmasınə təmin etmək!".
Mişel daha sonra Aİ-nin Azərbaycan və Ermənistan arasında vasitəçiliyə 3 il əvvəl başladığını bildirib və əlavə edib ki, mina xəritələri və əsirlərin mübadiləsi kimi konkret məsələlərdə irəliləyiş əldə olunub, sərhədlərin demarkasiyası üçün birgə komissiyalar yaradılıb: "Biz çox səmimiyik. Çox dürüstük. Biz də başa düşürük ki, daha çox diplomatik səylərə ehtiyac var. Ona görə də bu gün Ermənistan prezidenti ilə görüşdük...".
Xatırladaq ki, Qranadada Azərbaycan prezidenti İlham Əliyevin imtina etdiyi görüş Aİ Şurasının lideri, Ermənistan, Fransa və Almaniya liderlərinin iştirakı ilə baş tutub.
Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşdən sonra imzaladığı birgə bəyanatda Ermənistan və Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına sadiqliyi vurğulanıb.
Liderlər Aİ-Ermənistan münasibətlərini gücləndirmək, Qarabağdan köç çərçivəsində Ermənistana humanitar yardımı artırmaq və Qarabağ ermənilərinin geri qayıtmaq hüququnu qorumaq barədə razılığa gəliblər.
Azərbaycan və Ermənistanın normallaşması prosesini dəstəklədiklərini vurğulayan liderlər sərhədlərin müəyyənləşdirilməsi işinin təcili irəlilədilməsinin, əsirlərin, taleyi məlum olmayan şəxslərin qarşılıqlı qaytarılmasının, minalardan təmizləmə işlərində irəliləyişin olmasının vacibliyini vurğulayıblar.
Liderlər həmçinin Ermənistan-Türkiyə sərhədinin açılmasını istəyiblər.
Samir MUSAYEV
MİA.AZ
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda