Aktyor 44 yaşında ölən oğlundan danışdı: "Həkim dedi ki, oğlunuzun iki saat vaxtı qalıb.." - VİDEO
05-10-2023 [09:07]
Əməkdar artist Rəhman Rəhmanov sentyabrın 19-u qəfil dünyasını dəyişən müğənni oğlu Emil Rəhmanoğlunun ölümündən ilk dəfə söz açıb.
Mia.az xəbər verir ki, sənətkar "Bizimləsən" ictimai-sosial verilişinə müsahibəsində bildirib ki, Emil xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi günün səhərisi həkim onlara övladının cəmi iki saat yaşaya biləcəyini deyib.
"Emil tək evdən yox, eldən getdi. Gecə saat 02:00 idi, həyat yoldaşım yuxudan oyatdı məni. Dedi ki, "qorxma oğlun Emilin vəziyyəti pisləşib".
Emilin huşu özündə olmayıb. Əvvəlcə məni tanımadı. Öpüb, qucaqladım, baxdı, amma yenə məni tanımadı, sifəti çöndü. Səhər saat 09:00-a kimi xəstəxananın reanimasiya şöbəsində qaldıq. Səhər həkim gəlib söylədi ki, "Siz kişisiniz, mən də kişi. Kişi kişiyə söz deyər. Amma siz özünüzü bir az sıxın, narahat olmayın". Soruşdum ki, axı nə olub? Həkim cavabında dedi ki, "oğlunuzun iki saat vaxtı qalıb. Emil, bu dünyanı tərk edir".
Təəccüb içində dedim ki, həkim axı siz nə danışırsız. Biz Emili bura gətirmişik ki, siz onu müalicə edəsiniz. Həkim başa saldı ki, böyrəklər fəaliyyətini itirib, baldır nahiyyəsində qan damarda tromb yaradıb. Beləcə ağ və qara ciyərlərin də fəaliyyəti dayanıb və ürəyi aparata qoşublar. Həkim necə demişdi elə də oldu. Yəni iki saat sonra 11:00-da Emil dünyasını dəyişdi", - deyə aktyor vurğulayıb.
R.Rəhmanoğlu həmçinin müsahibəsində əlavə edib ki, Emil ölümüdən bir ay əvvəl ona vəfat etsə qardaşı İlhamın yanında dəfn edilməsini deyib: "İnsanın ölməyi onun ürəyinə əvvəlcədən damır. Mən məzuniyyətdə idim, ürəyim isə Emilin yanında idi. Dedim buna nə isə olacaq. Hər an Emilin həyat yoldaşı Sabrina xanımdan zəng gözləyirdim. Bir ay əvvəl isə Emil mənə söylədi ki, "ata, məni qardaşım İlhamın məzarının üstünə apar". Mən, həyat yoldaşım, oğlum Emil və onun xanımı Sabrina yollandıq qəbiristanlığa. Emil qardaşının məzarı üstə dayanıb, hönkür-gönkür ağladı. Dedi ki, "ata, mən ölsəm, məni qardaşım İlhamın yanında dəfn et". Bu isə Emilin son vəsiyyəti idi".
Qeyd edək ki, Emil Rəhmanoğlu 44 yaşında xəstəxanada dünyasını dəyişib. O, Biləcəri ərazisində yerləşən məzarlıqda 19 il əvvəl vəfat edən qardaşı İlhamın yanında dəfn edilib(Bizim media).
Mia.az
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu