Daha bir ölkədə "TikTok"dakı alış-veriş funksiyası dayandırıldı

img

04-10-2023 [13:29]


İndoneziya hökuməti TikTok tətbiqdə onlayn alış-veriş funksiyasını dayandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İndoneziyanın ticarət naziri Zülkifli Həsən izahat evrib.

O bildirib ki, bu sosial şəbəkə yerli qanunvericiliyə əməl etməyə borcludur: "Burada haqsız rəqabətdən qaynaqlanan alış-veriş prosesi gedirdi. Artıq tələbimiz üzrə bu funksiya digər sosial şəbəkələrdə olduğu kimi dayandı".

"TikTok"dan verilən açıqlamada fakt təsdiqlənib.

Xatırladq ki, daha bir neçə ölkədə bu cür onlayn alış-veriş funksiyası qadağan olunub.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq